Accessibility links

Ohayo universitetində hücum zamanı 8 nəfər yaralanıb


Ohayo universitetində insidentlə əlaqədar əraziyə polis qüvvələri gətirilib
Ohayo universitetində insidentlə əlaqədar əraziyə polis qüvvələri gətirilib

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərinin polisinin verdiyi məlumata görə, bazar ertəsi günü Ohayo universitetində baş vermiş hücum nəticəsində azı 8 nəfər yaralanıb.

Yerli media hücumda şübhəli bilinən şəxsin öldüyü haqda məlumat verib.

Ohayo universiteti bundan öncə odlu silahdan atəş açan silahlı şəxsin binada olması ilə bağlı xəbərdarlıq yaymışdı. Lakin yerli media hücumçunun bıçaqdan istifadə etdiyini bildirib.

Universitetin Twitter səhifəsində yerləşdirilən məlumatda insanların binanı tərk etməməsi barədə xəbərdarlığın aradan qaldırıldığı və hadisə yerində sakitiyin bərqərar olduğu bildirilir.

Ohayo universitetinin Somali tələbələr cəmiyyətinin üzvü Suad Osman hadisələr baş verən zaman kitabxanadan Amerikanın Səsinə deyib: "Biz çox qorxduq, həddindən artıq çox qorxduq."

Professorlardan biri isə Amerikanın Səsinə həmkarlarınınbu hadisədən sarsıldığını bildirib.

Ohayo universitetinin Kolumbus şəhərindəki tələbə şəhərciyindəki tələbələrin sayı təxminən 60 min nəfərdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG