Accessibility links

Amerikaya gələn yeni mühacirlər səsverməyə cəlb edilir [Video]


Prezident seçkilərinin başlıca döyüş meydanı - Ohayo
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Bir dəstə könüllü qapı-qapı gəzərək, Birləşmiş Ştatlarda keçiriləcək seçkilər üçün sakinləri qeydiyyatdan keçirir. Yeni mühacirləri çox olan Ohayo kimi ştatlarda mühacirləri qeydiyyatdan keçirmək mühüm məsələdir.

Əgər sən dəyişiklik istəyirsənsə, ilk addımını atmalısan.

Bətulə Musanın səs vermək üçün yaşı çatmır. Amma o, bunun nə qədər vacib olduğunu bilir. “Bu, bütün mühacirlər üçündür. Sizin səsiniz vacibdir. Siz bunu etməlisiniz.”

Bətulə və onun qrupu Ohayonun Kolumbus məhəlləsində hər gün demək olar ki, 60 qapı döyür. Yalnız bir nəfər qeydiyyatdan keçir.

Hətta cümə namazına gələn müsəlmanlara belə, qeydiyyatdan keçmək üçün xəbərdarlıq edilir. Həlimə Məhəmməd həyatında ilk dəfə səs verəcək. “Əgər sən dəyişiklik istəyirsənsə, ilk addımını atmalısan.”

Ohayo elektoral səs baxımdan önəmli ştat sayılır.
Ohayo elektoral səs baxımdan önəmli ştat sayılır.

Klivlenddə də qeydiyyat keçirilir.Təşkilatçılar latın amerikalıları qeydiyyata cəlb etmək üçün pulsuz çörək paylayır. Gilbert Ruiz seçicilərinin zəmanət istədiklərini deyir. “Əgər sən bizim üçün nəsə etmək istəmirsənsə, biz də sənə səs verməyəcəyik.”

Asiya məhəlləsində də qeydiyyat tədbirləri həyata keçirilir. Asiyalılar səslərinin gücünə məhəl qoyulmadığını düşünür. Teri Vonq Berni Sandersi dəstəkləyir. “Hətta Berninin kampaniyası zamanı o, bütün etnik azlıqların siyahısını tutmalı idi. Bir vaxtdan sonra o, asiyalıları yadından çıxarıdı. Biz səsimizin o qədər də vacib olduğunu düşünmürük.”

Hətta Berninin kampaniyası zamanı o, bütün etnik azlıqların siyahısını tutmalı idi. Bir vaxtdan sonra o, asiyalıları yadından çıxarıdı.

İnsanları qeydiyyatdan keçirmək çətin işdir. Sonrakı addım isə onları səsvermə məntəqəsinə gətirməkdir. Cleveland.com-ın məlumat bazası üzrə eksperti Riçard Eksner rəqəmləri diqqətlə izləyir. “Biz onların necə səs verəcəyini və özlərini necə göstərəcəyini seçkilər günü görəcəyik. Çünki Ohayoda onların sayı sürətlə artır və biz onlar haqda heç nə bilmirik.”

Ohayoda əhalinin 8 faizini mühacirlər icmaları təşkil edir. Onların sayı az olsa da son rəy sorğuları namizədlərin belə ştatlara ehtiyacı olduğunu göstərir. Ekspertlər hesab edir ki, yeni mühacirlərin səsləri seçkilərin nəticələrinə təsir edə bilər.

XS
SM
MD
LG