Accessibility links

Yanacaq qiymətləri hava nəqliyyatının işinə təsir göstərir

  • Amerikanın səsi

Yüksək enerji qiymətləri qlobal səviyyədə hava nəqliyyatı sahəsinə öz təsirini göstərib

İlin əvvəli artan yanacaq qiymətləri bu həftə düşməyə başlayıb. Avropada seçicilərin ciddi iqtisadi ölçülər əleyhinə çağırışları neft ehtiyatlarının kifayət edib-etməməsi ilə bağlı narahatlıqları üstələdi. Lakin yüksək enerji qiymətləri artıq qlobal səviyyədə təyyarə nəqliyyatı sahəsinə öz təsirini göstərərək, gəlirlərin itkilərlərlə əvəz olunmasına gətirib çıxara bilər.

On il bundan əvvəl təyyarə yanacağı xərclərin yalnız yeddidə birini təşkil edərək, büdcənin pilotlar və başqa işçilərin maaşı üçün ayrılan hissəsindən daha az idi.

Beynəlxalq hava nəqliyyatı assosiasiyasının sözçüsü Perri Flint deyir ki, indi vəziyyət fərqlidir və yanacaq qiymətləri maaşlardan daha böyük bir hissəni təşkil edir.

Perri Flint:”Bu gün təyyarə yanacağının qiyməti hər şeydən artıqdır. Bütünlükdə sənayeni götürdükdə, bu, hava nəqliyyatı əməliyyatları xərclərinin 34 faizini təşkil edir.”

Hava nəqliyyatı sahəsində ekspertlər deyir ki, yüksək yanacaq qiymətlərinə görə onlar illik gəlirin yarım milyard dollar azalaraq, bu il cəmi 3 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

Siyasi, ya da iqtisadi münaqişələr nəticəsində xam neftin qiymətləri artmağa davam edərək bir barrel üçün 150 dollara çatsa, gəlirlərin daha az olacağını gözləmək olar. Perri Flintin sözlərinə görə, bu da bütünlüklə sənayedə böyük itkilərə səbəb ola bilər.

Amerika petrolium institutunda iqtisadi məsələlər üzrə baş məsləhətçi Rayola Doger neft qiymətləri ilə bağlı proqnozları belə şərh edir.

Rayola Doger:”Bunu bilmək çətindir, əgər mən bunu əvvəlcədən bilsəydim, dünyanın ən zəngin qadını olardım.”

O deyir ki, qiymətlər neft ixrac edən ölkələrdə münaqişələrin istehsalın azalması və bunun nəticəsində təchizatın kəsilməsinə gətirib çıxaracağı ilə bağlı narahatlıqlara görə artır.

Rayola Doger:”Biz əsas etibarilə Yaxın Şərqdə qeyri-sabitliklə əlaqədar böyük qeyri-müəyyənliyə doğru gedirik Bunun nə ilə nəticələnəcəyini bilə bilmərik. İrana qarşı sanksiyaların necə olacağını qabaqcadan bilə bilmərik.”

Son zamanlar inkişaf etmiş bəzi ölkələrdə iqtisadi artımın gözlənilindən daha yavaş sürətlə getməsi nəticəsində tələbat və qiymətlərin artması müşahidə olunmuşdur.

Rayola Doger deyir ki, tələbat daha da azala bilər. Buna misal olaraq o, ABŞ-da yüksək benzin qiymətlərinə görə amerikalıların yanacağa qənaət edərək, daha kiçik avtomobillərə keçib daha az maşın sürməsini göstərir. Onun sözlərinə görə, bu dəyişikliklər ABŞ-da qiymətlərin bir litr benzin üçün 1 dollar 5 sentdən artıq olduğu bir şəraitdə davam edəcək.

Ölkə üzrə bir neçə həftə bundan əvvəl bu həddə yaxın olan qiymətlərin indi düşdüyü müşahidə olunur.

O deyir ki, neft qiymətlərinin aşağı səviyyədə olması maliyyənin biznes sahələrinin inkişafı və istehlakçı xərlərinə ayrılması ilə iqtisadi artıma kömək edə bilər.

XS
SM
MD
LG