Accessibility links

Neft Daşları haqda sənədli film Vaşinqtonda beynəlxalq kino-festivalda nümayiş etdirilir


Neft Daşları haqda sənədli film Vaşinqtonda beynəlxalq kino-festivalda nümayiş etdirilir

Neft Daşları haqda sənədli film Vaşinqtonda beynəlxalq kino-festivalda nümayiş etdirilir

ABŞ paytaxtında martın 15-27-i ətraf mühit problemlərinə həsr olunmuş beynəlxalq kino-festival keçirilir. Kino-festivalda göstərilən filmlər arasında 2009-cu ildə rejissor Mark Volfensberqer tərəfindən yaradılmış “Neft Daşları-Su üzərində şəhər” adlı sənədli film də nümayiş etdiriləcək. İsveçrə-Azərbaycan istehsalı olan sənədli film 1949-cu ildə sovet dövrü inşa edilmiş Neft Daşlarının keçmişi və bu gününə həsr edilib. Neft Daşlarının 60 illik tarixində ilk dəfə olaraq xarici çəkiliş qrupuna dəmir platformalar üzərində şəhəri bütünlüklə çəkmək imkanı verilib. Sovet dövründən qalmış ağ-qara arxiv kadrları ilə bərabər müasir video görüntülərlə çəkiliş qrupu “Neft Atlantidası” –nın əsl tarixini yaratmağa çalışıb. “Neft Daşları” sənədli filmi Vaşinqtondakı İsveçrə səfirliyi və Karneqi Elm İnstitutunda nümayiş etdiriləcək.

Filmdən hissəni aşağıdakı linkdə izləyə bilərsiniz

http://www.thin-line.net/thinline/Documentaries.html

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG