Accessibility links

Okean dibinin xəritəsi hazırlanıb [Video]


Okean dibinin xəritəsi hazırlanıb
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Alimlər fəzanın köməyi ilə okeanın dərinliyinə nəzər salmağa çalışırlar.

Skripps Okeanoqrafiya İnstitutunun hazırladığı xəritə 20 il əvvəl hazırlanmış xəritədən iki dəfə dəqiqdir, deyə professor Deyvid Sendvel bildirir.

Deyvid Sendvel: "Bizim xəritəni hazırlama metodumuz, peyk altimetrindən istifadə edərək okean yatağının topoqrafiyasının xəritəsini çəkməkdir. Okean səthinin topoqrafiyasında çala və qabarlar var ki, buna dənizin dibində olanları yamsılayan cazibə qüvvəsi effektləri səbəb olur."

Alimlərin məlumatlarını istifadə etdikləri iki peyk digər məqsədlər üçün nəzərdə tutulub. Avropa Fəza Agentliyinin Cryo-2 peyki dəniz buzuna, NASA-nın Jason-1 peyki isə okean səthinə nəzarət edir.

Xəritə bu məlumatlarla multişüalı hidrolokatorla təchiz edilmiş gəmilərdən çəkilmiş çox incə keyfiyyətli şəkillərin birləşməsindən meydana gəlir.

Deyvid Sendvel: “Bu, bizə daha kiçik miqyasda olan cizgiləri görmək imkanı verir ki, bunlar adətən okeanın dərinliklərində gözə dəymir.”

Yeni xəritə dəniz dibinin heç vaxt görünməyən tərəfini- minlərlə sualtı dağları, qitələri bir birindən ayıran silsilələri və sönmüş zəlzələ aktivliyini göstərir. Üç qitənin qarsılaşdığı yerdə, Yer Kürəsinin nəhəng qalın tektonik plitələri incə detalları ilə görünür.

Deyvid Sendvel: "Bu, Hind Okeanının üç birləşməsi adlanır. Bu mənim okeanda ən sevimli yerimdir. Çünki bu həqiqətən də tektonik plitələrin nəzəri aspektlərini açıq şəkildə göstərir. Üç təbəqə - Afrika, Hind-Avstraliya və Antarktika bu nöqtədə, Hind Okeanının mərkəzində birləşir."

Xəritə həmçinin 150 miliyon il əvvəl çöküntülər altında qalan yeni qitələrarası əlaqəni ortaya çıxarıb.

Xəritə balıq tutanlar, konservasiya və neft kəşfləri üçün güclü vasitədir. Okean dərinliyinin yeni təxminləri sualtı kəşflərin təhlükəsizliyi, hərbi əməliyyatların və dünya boyu elmi missiyaların həyata keçirilməsi üçün mühümdür, deyə Sandvel bildirir.

Deyvid Sendvel: "Yeni xəritə həqiqətən gəmi vasitəsi ilə aparılan araşdırmalarda kəşfiyyat xarakteri daşıyır. Sizin gəmi ilə gedib yeni şeylər axtarmağınıza ehtiyac yoxdur. Biz xəritə vasitəsi ilə onu tapıb və sonra gəmi ilə gedib həmin özəllikləri anlamaq üçün yüksək keyfiyyətli baxış keçirə bilərik."

Sandvel ümid edir ki, alimlərin məlumatlara nəzər salması bir çox kəşflərin meydana çıxmasına kömək edəcək. Araşdırma ilə “Science” jurnalında daha ətraflı tanış olmaq olar.

XS
SM
MD
LG