Accessibility links

Yaponiyada minlərlə insan Okinavada ABŞ-ın hərbi bazasına etiraz edib


Minlərlə insan Yaponiya parlamenti qarşısında toplaşaraq, hökumətin ABŞ-ın Okinavada hərbi bazasının yenidən yerləşməsinə icazə verilməsi haqda qərarına etiraz bildirib.

Kiyodo xəbər agentliyinin verdiyi məlumata görə, təxminən 28 min etirazçı Tokionun mərkəzində parlament binası ətrafında toplaşaraq, "Bazanı qurmayın" şüarı səsləndirib. Medianın verdiyi məlumata görə, ölkənin hər yerində yüzlərlə insan eyni etiraz aksiyası keçirib.

Okinava Yaponiyanın İkinci Dünya müharibəsi dövrü döyüşlərin getdiyi yeganə ərazisidir və adanın sakinləri ABŞ-ın minlərlə əsgəri qüvvəsinin burada yerləşdirilməsinə müqavimət göstərir.

Birləşmiş Ştatlar və Yaponiya 1996-cı ildə bazanın hazırda əhalinin sıx yaşadığı yeni Henoko ərazisinə keçirilməsi haqda razılıq əldə edib. Lakin adanın sakinlərin çoxu təklifə etiraz edib və bazanın tamamilə başqa yerə köçürülməsini istəyir.

Okinava adasının sakinlərinin çoxu ABŞ-ın hərbi bazasının mövcudluğunun səs-küy, çirkli tullantılar və cinayətkarlığın səbəbləri olaraq görür.

XS
SM
MD
LG