Accessibility links

Yaponiyanın Okinava adalarında Neoquri tayfunu ciddi fəsadlar törədib [Fotoqalereya]


Yaponiyada Okinava adaları istiqamətində hərəkət edən son on iln ən güclü qasırğaları güclü küləklər, leysan yağışlar və böyük dalğalardan qorunmağa çalışan sakinlərin evlərini tərk etmələrinə səbəb olub.

Daha əvvəl Neoquri tayfununun güclü olmayacağını ehtimal edən Yaponiya Meteorologiya Agentliyi qasırğanın saatda 250 kilometr sürətlə əsən küləklərlə müşayiət olduğunu bildirib.

Rəsmilər Okinava adalarında on minlərlə insanın evakuasiya edilməsinə çağırıb. Qasırğa bir nəfərin itkin düşməsi və 10 nəfərin xəsarət alması ilə nətiəcələnib.

Minlərlə insan işıqsız qalıb.

Kabinetin baş katibi Yoşihide Suqa hələlik ciddi dağıntılar barədə məlumatın qəbul edilmədiyini deyib.

Okinavanın əsas adasında ABŞ-ın Kadena hərbi hava qüvvələri bazasında bəzi hərbi təyyarələr evakuasiya edilib və rəsmilər hava şəraitinin təhlükəli olması ilə əlaqədar insanların küçəyə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Meteoroloqlar Okinava adalarından keçən Neoquri tayfununun iki nüvə obyektinin yerləşdiyi Kyuşu adasından keçəcəyini ehtimal edir. Obyektlərin hər ikisində qasırğadan əvvəl fəaliyyət dayandırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG