Accessibility links

ABŞ hərbçiləri Azərbaycanda səfərdədir


ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanıRobi Aşerin Azərbaycana işçi səfəri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuta xidmətinin məlumatına görə, ABŞ hərbçiləri səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Təlim Mərkəzində keçirilən "Mühəndis istehkam bölmələrinin fəaliyyəti" mövzusunda nümayiş etdirilən məşğələni izləyib.

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı Robi Aşerin Azərbaycana səfəri
ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı Robi Aşerin Azərbaycana səfəri

Daha sonra ABŞ nümayəndə heyəti Müdafiə Naziriliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudovla görüşüb.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində cari il ərzində keçirilən tədbirlər və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

General R.Aşer hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.

XS
SM
MD
LG