Accessibility links

ABŞ-ın Oklahoma Milli Qvardiyası Azərbaycanda seminar keçirir


ABŞ hərbçiləri təlim keçir

ABŞ hərbçiləri təlim keçir

Amerika Birləşmiş Ştatlarının Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan hərçilərinə "Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar" mövzusunda seminar keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdan ibarətdir.

Seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-da tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcəkdir.

XS
SM
MD
LG