Accessibility links

Oktyabr ayı döş xərçəngi barədə maariflənmə ayıdır


ABŞ-da oktyabr ayı "Xərçəng Xəstəliyi barədə Maariflənmə" ayı elan edilib. Döş xərçəngi müalicəsini təşviq edən Ağ Ev bu münasibətlə çəhrayı rəngə bürünüb.

Rəsmilər oktyabrda vətəndaşları döş xərçənginin qarşısını alma yolları və erkən diaqnoz haqda məlumatlanmağa çağırırlar.

Xalqa müraciət edən ABŞ prezidenti Barak Obama təkcə bu il 200,000 qadın döş xərçəngi diaqnozu qoyulacağını bildirib. Onun sözlərinə görə erkən diaqnoz qadınların xəstəlikdən sağ qurtulub-qurtulmayacağının müəyyən eilməsində həlledici rol oynayır.

Prezident Obama öz administrasiyasının qadınların səhiyyə xidmətlərinə çıxışlarını yaxşılaşdırmağa öhdəlik götürdüyünü deyib. ABŞ lideri həyata keçirilən səhiyyə islahatları sayəsində 2014-cü ildən başlayaraq əvvəlki səhiyyə durumuna görə heç bir amerikalıya sığorta xidmətlərinin inkar edilməyəcəyini əlavə edib.

ABŞ Səhiyyə və Humanitar Xidmətlər Naziri Katlin Sebelius də adminsitrasiyanın gördüyü tədbirləri önə çəkərək qabaqlayıcı tədbirlər sırasında mammoqram testlərinin və illik müayinənin pulsuz təklif olunduğunu qeyd edib.

Döş xərçəngi amerikalı qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür. Döş xərçəngi Amerikada xərçəng ölümünün ikinci ən böyük səbəbidir.

ABŞ-da intensiv tibbi araşdırmaların sayəsində ilkin mərhələdə aşkar olunan döş xərçəngi xəstələrinin 88 faizi müalicə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG