Accessibility links

OL! Hərəkatı: Prokurorluğu AFU-nun ofisini dinləyicilərin üzünə açmağa çağırırıq


OL! Hərəkatı

OL! Hərəkatı

Hərəkat Baş Prokurorluğa cavab verib

Aprelin 11-də OL! hərəkatı bu qurumun və Azad Fikir Universitetinin (AFU) yoxlanmasına dair Baş Prokurorluğun məlumatı ilə bağlı bəyanatla çıxış edib.

Baş Prokurorluğun məlumatında OL! hərəkatının qanunsuz fəaliyyət göstərməsi, dövlət qeydiyyatının olmaması, xarici donorlar tərəfindən ayrılan vəsaitdən istifadə barədə hesabatlılığın təqdim olunmaması göstərilib.

OL! bəyanatında qeyd edir ki, bu qurum sadəcə bir hərəkatdır, strukturu, nizamnaməsi olan QHT deyil. Prokurorluğun bəyanatında qeyd edilən “xüsusatlar” qeydiyyatdan keçmiş QHT-lərin fəaliyyətinə aid ola bilər. OL! isə gənclər hərəkatıdır və Azərbaycan qanunvericiliyində bu formada hansısa qurumların qeydiyyatına dair mexanizm ya hüquqi norma yoxdur.

Onu da qeyd edək ki, bu gün Azərbaycanda qeydiyyatdan keçməmiş qeyri-kommersiya qurumunun fəaliyyətini qadağan edəcək heç bir norma da yoxdur. Yalnız bu il martın 11-də qüvvəyə minən qanunvericiliyə görə qeydiyyatdan keçməyən təşkilatın qrant almasına görə inzibati məsuliyyət nəzərdə tutulur ki, AFU da bu tarixdən heç bir qrant almayıb.

Yeni qanunvericiliyin köhnə tarixə tətbiq edilməsi də hüquqda nəzərdə tutulmayıb.Yeni qanunvericiliyin tələbinə uyğun olaraq AFU-nun fəaliyyətinin davam etməsi üçün OL! son vaxtlar hüquqi yollar üzərində iş aparırdı.

Bu baxımdan Prokurorluğun AFU-nun ofisini bağlaması tam əsassızdır. Ofisin bağlanması baş verərsə, buna müvafiq olaraq niyə bağlanması əsaslandırmalı, qapının və plombun qorunması kiməsə tapşırmalı və ən əsası, ofisin bağlanması barədə məhkəmə qərarı olmalıdır.

O ki qaldı, prokurorluğun Azad Fikir Universitetinin bağlaması xəbərini “həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib” etməsinə, AFU-nun öz fəaliyyətini bərpa etməsi üçün Prokurorluq orqanlarını AFU-nun ofisinə vurduğu möhür və plombu sökməsinə və ofisi yenidən AFU dinləyicilərinin üzünə açmasına çağırırıq.
XS
SM
MD
LG