Accessibility links

Dünyanın ən yaşlı insanı 116 yaşında vəfat edib


Yaponiyada dünyada və tarixdə qeydə alınmış ən yaşlı insan 116 yaşında vəfat edib.

Yaponiya rəsmilərinin sözlərinə görə Ciroemon Kimura Kioto şəhəri yaxınlığında sətəlcəm xəstəliyi səbəbilə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

1897-ci ildə dünyaya gələn və Ginness dünya rekord kitabına düşən Kimura 116 yaşadək yaşayan yeganə insandır. Ginness dünya rekord kitabı keçən il dekabr ayında amerikalı 115 yaşında olan qadının vəfat etməsindən sonra Kimuranı dünyanın ən yaşlı insanı kimi qeydə almışdı.

Kimuranın 7 usağı, 14 nəvəsi, 25 nəticəsi və 15 kötücəsini var.

Mətbuat yazır ki, onun uzunömürlülüyünün əsas səbəbi günəşli günlər gəzməsi və 80 faiz doyduqdan sonra yemək yeməməsi ilə əlaqədardır.

Kimuranın ölümündən sonra dünyanın ən yaşlı insanı 115 yaşlı yapon qadın Misao Okavadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG