Accessibility links

Öldürmək yaxud Öldürülmək: Əsəd klanının dilemması [Təhlil]


Dəməşqdə döyüşlər qızışdıqca dörd onillikdən çox Suriyanı idarə edən Əsəd ailəsi hakimiyyətdə qalmaq uğrunda çarpışır. Yaranan təsəvvür bundan ibarətdir ki, ictimai dəstəyin azalmasına baxmayaraq Əsədin ətrfındakı sıx çevrə böhrandan vuruşaraq çıxmaqda qətidir.

Çevrənin başında hakimiyyəti 2000-ci ildə atasından miras almış prezident Bəşər Əl-Əsəd dayanır. Əsədin dostları da düşmənləri də hazırkı durumda onun reallığından çox uzaq düşdüyünü deyirlər. Belə ki, Əsədə özünə və Suriyaya qarşı yönəlmiş konspirasiyaya qarşı vuruşduğuna əmindir.

O, əhalisinin üçdə birini sünnilər təşkil edən ölkədə mənsub olduğu şiə ələvi təriqətinin üzvlərindən ibarət təhlükəsizlik dəstələri və sıx ailə- klan üzvləri tərəfindən əhatə olunub.

Hal-hazırda müxalif fiqurlardan olan, 2007-ci ilə qədər Əsədin məsləhətçisi işləmiş Ayman Abdel-Nur deyir: “Hətta onu sevənlər də hiss edirlər ki, artıq o, təhlükəsizliyi təmin etmək iqtidarında deyil. Onlar hesab edirlər ki, o, effektivliyini itirib, dünyadan bixəbərdir.”

“O, özünü Allahın peyğəmbəri kimi Suriyanı idarə etmək üçün göndərildiyini sanır. O, özünə ‘Allahın hədiyyəsi olduğunu’ deyən ətrafindakı yaltaqları dinləyir. Əsəd özünün haqlı olduğuna inanır və ona qarşı çıxan hər kəsi satqın hesab edir. Onun bir çox yaxın dostları və məsləhətçiləri ya onu tərk edib, ya da ondan uzaqlaşmağa çalışıblar.

Bunun nəticəsi olaraq Əsəd hərbi böhran birləşməsinə şəxsən başçılıq edir və üsyanın yatırılmasına dair gündəlik qərarları özü verir. Bu sıraya ordu bölmələrinin yerləşdirilməsi, təhlükəsizlik qüvvələrinə tapşırıqlar verilməsi, həmçinin son iki ayda törədilmiş qətliamlarda günahlandırılan ələvilərdən ibarət Şəbiha silahlı dəstələrinin səfərbər olunması daxildir.

“Bəşər bütün bunların mərkəzindədir. O, hər gün böhranın detallarını idarə etməyə etməklə məşğul olur.”- deyə Suriya idarəçilərinə yaxınlığı ilə tanınan livanlı siyasətçi qeyd edib. “Əsəd gündəlik qaydada ona hesabat verən elitar birləşməyə rəhbərlik edir.”

Təhlükəsizliyin əlaqələndirilməsinə bu birləşmədə kəşfiyyat rəhbəri olan Hişam Bəxtiyar nəzarət edir. Onunla yanaşı təhlükəsizlik üzrə xüsusi məsləhətçi Əli Mamluk, hərbi kəşfiyyatın rəhbəri Əbdül-Fəttah Qudsiyə, Əsədin atasının dövründən çalışan veteran işçı Məhəmməd Nassif Xeyrbəy bu elitar birləşmənin üzvləridir. Bu birləşmədə müdafiə naziri vəzifəsində işləyən Davud Rəca və ordu birliyinin rəis müavini və eyni zamanda Əsədin qaynı olan Asif Şövkət çərşənbə günü intiharçı hücumu nəticəsində öldürülüblər.

“Öldürmək ya da Öldürülmək”

Prezidentin kiçik qardaşı və Suriyada ikinci ən güclü adam sayılan Mahir Əl-Əsəd isə əsas hücum qüvvələrinə rəhbərlik edir.

“Mahir əl-Əsəd yerüstü qarşıdurmaya birbaşa cəlb olunub və bu birləşmələrin hamısı ilə birbaşa əlaqə saxlayır. Onun hərbi vəzifələri var,” deyə Ayman Abdel Nur bildirir. "Liderlik səviyyəsində silkələnmə baş verməmiş, daxili dairə ciddi böhranla üzləşdiyini başa düşməkdədir. Orqanların iyerarxiyasında gözə çarpan dəyişiklik görünmür, amma siz daha da realistik söhbət eşidirsiniz. Rejimin daimiliyinə və prestijinə xələl gəlib.”

Əsədin keçmiş müşaviri Əbdül-Nur daxili çevrənin qaranlıq şəklini çəkir. İstər Mahirin silahlı dəstələriylə qonşuluqda yerləşən müxalifətin bombalanması, istərsə də Şabibba milisi tərəfindən günahsız kəndlilərin öldürülməsi olsun o hökumət bölmələrinin fəaliyyəti barədə muxtar heç bir şeyin olmadığını vurğulayır. Bütün hərbi birliklər Bəşərin sərəncamı altındadır və bunların çoxu onun qohumları tərəfindən idarə olunur.

Hər bir bölgənin Şəbiha lideri var və mərkəzi şəhərlərin çoxu Əsədlə qohumluğu olan Şəbiha adamları tərəfindən idarə olunur.

46 yaşlı Əsəd keçən ay Suriyanın müharibə şəraitində olduğunu bildirərək öz hökumətinə terrorist adlandırdığı inqilabçılar üzərində qələbəyə nail olmaq üçün heç nəyi əsirgəməməyi tapşırıb.

Özünün əvvəlki sənəti olan göz cərrahlığı ilə müqayisə edərək o, sual edir: “Həkim yaranı sağaltmaq üçün əməliyyat edəndə biz ona deyirikmi ki, ‘sənin əllərin qana bulanıb’? Yoxsa biz ona xəstəni xilas etdiyi üçün təşəkkür edirik?”

Suriyanın məxfi mahiyyətli daxili siyasətini izləyən bəzi müşahidəçilər inanırlar ki, Əsədin öz qüvvələrini ciddi nəzarət altında saxlamaq cəhdləri, əgər onun qalib gəlmək şansları zəif görünərsə, iflasa uğrayacaq.
XS
SM
MD
LG