Accessibility links

Oleq Kalugin:"Medvedevin dövlət strukturlarında kəşfiyyat orqanlarının yeri ilə bağlı öz mövqeyi var."

  • Amerikanın səsi

Oleq Kalugin:"Medvedevin dövlət strukturlarında kəşfiyyat orqanlarının yeri ilə bağlı öz mövqeyi var."

Oleq Kalugin:"Medvedevin dövlət strukturlarında kəşfiyyat orqanlarının yeri ilə bağlı öz mövqeyi var."

Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş generalı Oleq Kalugin Amerikanın səsinə müsahibəsində polkovnik Şerbakovun işi, prezident Medvedev və Rusiya kəşfiyyat orqanlarının işi ilə bağlı fikirlərilə bölüşür

Keçən həftə Kommersant qəzeti Rusiyanın xarici kəşfiyyat xidməti şöbəsinin rəhbəri, polkovnik Şerbakovun Rusiya casuslarının ABŞ tərəfə ələ verdikdən sonra Birləşmiş Ştatlar tərəfə keçdiyi haqda məlumat vermişdi. Rusiya prezidenti Dmiti Medvedev bu məlumata reaksiya verərək, ölkənin baş kəşfiyyat idarəsində təhqiqat aparılacağını bildirmişdi. Amerikanın səsinin rus xidməti Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş generalı Oleq Kaluginlə söhbət aparıb.

Kommersant qəzetinin verdiyi məlumata əsasən, polkovnik Şerbakov adlı naməlum şəxs bir neçə ay öncə ABŞ-da casuslardan ibarət qrupun aşkar edilməsinə kömək etmiş, sonra isə Birləşmiş Ştatlar tərəfə keçmişdir. Rusiya prezidenti Dmitri Medvedev keçən həftə Asiya-Sakit okeanı ölkələrinin sammiti çərçicəsində məsələ ilə bağlı açıqlama verdi. “Mənim üçün bu, təzə xəbər deyildi, mən hər şeyi hadisələr baş verən zamanı artıq bilirdim.” Lakin Kommersant-ın rus casuslarını Amerikaya təhvil vermiş Şerbakov haqda məqaləsini yalan xəbər kimi qəbul edənlər də var.

General Kalugin prezident Medvedevin dediklərinə inandığını deyir. “Mən prezident Medvedevə inanmaq istəyirəm. Başqa məlumatlar yayan kütləvi informasiya orqanları belə görünür, bunu kiminsə təsiri altında edir. Amma prezidentin özünün deməsi, Şerbakov haqda hadisənin həqiqətə uyğun olduğunu göstərir.”

Oleq Kaluqin əvvəllər öz təcrübəsində buna oxşar halları yada salır.

“Mən kəşfiyyat və təhlükəsizlik xidmətlərinin yüksək səviyyəli zabitlərinin başqa tərəfə keçdiyini xatırlayıram. Amma səviyyəsinə görə, bu, yəqin ki, ilk haldır. Bu adam xüsusi idarədə Amerika şöbəsinin rəisi idi. Xüsusi idarə isə hələ Dövlət Təhlükəsizlik Komitəsi döründə və indinin özünə kimi qeyri-leqal agentlərin hazırlığı ilə məşğul olur və saxta adla müxtəlif ölkələrdə fəaliyyət göstərən bu agentlərə rəhbərlik edir. Onlar Rusiyanın heç bir diplomatik, ticarət və jurnalist qruplarını təmsil etmirlər. Onların adı qeyri-leqaldır. Mən kəşfiyyatda 60-cı illərin əvvəllərindən işləyirəm. Mən deyərdim ki, belə bir adamın başqa tərəfə keçməsi presedenti olmayan bir hadisədir.

Polkovnik Şerbakovun bu ilin yayında ABŞ-dan çıxarılan Anna Çapman və başqalarının adlarını aşkar etdiyi deyilir. Bu insanlar kimlər idi və onların funksiyası nədən ibarət idi.

“Mənə elə gəlir ki, bu, başa çatmayan bir layihə idi. Əgər yadınızdadırsa, belə bir mülahizə var idi ki, bu qrupun əsas vəzifəsi hökumətdə, daha doğrusu Dövlət Departamentində öz adamlarını işə düzəltmək olub. Mən bu haqda qəzetdə oxuyanda, düzü gülməyim gəldi. Professional müstəvidə bu nəinki sadəlövh, sadəcə boş bir şey kimi görünürdü. Vaxtı ilə ABŞ-da işləyən sovet kəşfiyyatı, elə başqa ölkələrin də kəşfiyyat orqanları lap Dövlət Departamentinin özündə çalışmaq üçün adamlar tapıb onları işə cəlb edirdi. Bunu pərdələməyə heç bir ehtiyac yox idi. Bu adamlar diplomatik pərdə altında işləyirdiilər, ticarət nümayəndələri, ya da jurnalist kimi çalışırdılar. Onların ABŞ-ın federal orqanlarına çıxış imkanı var idi. Yəni, işləyirdilər, nəsə alınırdı. Amma bir adamı Dövlət Departamentinə salmaq üçün bir qrup insanı saxlamaq, bu, boşuna vaxt və elə maliyyə itirmək deməkdir. Əslində, bu, insanların həyatının hədər getməsi deməkdir. Müəyyən mənada bu, Rusiyanın kəşfiyyat orqanlarının bugünkü vəziyyətini əks etdirir.

Oleq Kalugin bunun səbəblərini şərh edir.

“Mən bunu peşəkarlıq səviyyəsinin azalması adlandırardım. Bu sahələrdə başqa parametrlər var. Əvvəllər kəşfiyyat rəhbərliyi bu kimi fəaliyyətlərin qarşısını alırdı. Sual belə qoyulurdu: bu işə nə üçün vaxt və pul sərf edirsiniz. Siz ondansa, Dövlət Depratamentindən bir nəfər tapın və onu öyrədin. Yenə də təkrar edirəm, professional üçün Anna Çepmenlə bağlı hadisə gülüncdür. Əlbəttə, ola bilsin, biz Federal Təhqiqat Bürosunun bildiyi nəyi isə bilmirik. Bu, başqa məsələ. Amma mətbuatda məlumatlara baxanda bu, kəşfiyyat aparatının qabiliyyətsiz bir işi kimi görünür.”

Polkovnik Şerbakovun işinə xüsusi xidmət idarəsi və mətbuat arasında əlaqələr müstəvisindən baxanda belə bir hadisənin sovet vaxtı baş verə biləcəyini düşünmək olardımı. O dövrdə kəşfiyyat məlumatlarının belə bir şəkildə mətbuat sızması mümkün ola bilərdimi. Oleq Kalugin.

“Bu, fikrimcə, təzə bir şeydir. Əvvəllət mətbuat sovet sistemini dağıtmaq və bizim adamlarımızı işə cəlb etmək istəyən qərb xəfiyyələri barədə yazırdı. Amma belə məqalələr dərc olunmurdu. Xüsusilə də söhbət xarici ölkədə işləyən agent haqda gedəndə; axı onların təhlükəsizliyinə hədə yaranır. Bu, ya məsuliyyətsizlikdir, ya da kimsə bu məlumatı ötürüb və beləliklə də Rusiyanı qaçılmaz seçim qarşısında qoyub. Belə də oldu, çünki Anna Çepmenin qrupunu Moskvadakı agentlərlə dəyişdirdikdən sonra prezident Medvedev onu Kremldə qəbul etdi, qucaqlayıb orden verdi. Amma məndə bu, istədiyim kimi ciddi təəssürat yaratmır. Bu, ciddi kəşfiyyat işindən daha çox oyuna bənzəyir.”

Məsələnin siyasi tərəfinə gəldikdə, Rusiyanın kəşfiyyat xidmətlərində dəyişikliklər olacağını gözləmək olarmı. Oleq Kalugin kəfiyyat orqanlarında işini xatırlayır.

“Mən köhnə məktəbin nümayəndəsiyəm, o zaman kəşfiyyat və əks-kəşfiyyat kimi birgə sistem fəaliyyət göstərirdi. Bu sistemin böyük üstünlükləri var idi, ona görə ki, onlar arasında fikir ayrılıqları yox idi və onlar bir aparatda daxil idi. Amma müstəqil kəşfiyyat və əks-kəşfiyyat yaradıldıqdan sonra, təbii ki, burada rəqabət elementi əmələ gəldi. Yalnız daxili məsələlərlə məşğul olması lazım olan Federal Təhlükəsizlik Xidməti birdən-birə xaricə çıxmağa başladı. Xarici Kəşfiyyat xidməti də xaricdə işlərlə məşğul olur, işdə bu eynilik, paralellik əlbəttə ki, arzuolunmazdır. Fikrimcə, elə bu orqanlar müəyyən mənada Rusiyanın kəşfiyyat sistemində xaricdə problemlərin olmasına gətirib çıxardı. Birləşmək haqda, bütün funksiyaların bir rəhbərlik altında birləşəcəyi güclü yumruğun yaradılması haqda söhbətlər də görünür boş söhbətlər deyil. Mən funksiyaların belə birləşdirilməsinin tərəfdarıyam. Biz köhnə sistemi dağıdanda Birləşmiş Ştatları nəzərdə tutmuşduq. Burada həmişə muxtar şəkildə kəşfiyyat, əks-kəşfiyyat, hərbi xidmət kimi sahələr mövcud olub. Rusiyada da hesad etdilər ki, sovet dövründə olduğu kimi belə vahid sistem siyasi sabitliyə hədə yarada bilər, yəni hesab etdilər ki, bu, bir güclü yumruqdur. Bir də ki, ayrıldıqları halda, onlar hökumətə ziyan vura bilməzlər. Burada məntiq var, xüsusilə də qeyri-sabit siyasi sistem mövcud olduqda. Rusiya Sovet İttifaqı dağıldıqdan sonra belə bir vəziyyətdə idi.

Oleq Kalugin xüsusi xidmət orqanlarının hökumət strukturlarında yeri məsələsini də şərh edir.

“Mən hesab edirəm ki, proses düz istiqamətdə inkişaf edir. Bütün çatışmazlıqları və baş nazirdən asılılığına baxmayaraq, Dmitri Medvedevin xüsusi xidmət orqanlarının dövlət aparatı çərçivəsində hansı yeri tutması ilə bağlı öz mövqeyi var. O, kəşfiyyatda xidmət etməyib, köhnə məktəbdən deyil. Heç kəsə sirr deyil ki, Putin dövlətə rəhbərlik edəndə Kreml administrasiyasının təxminən 70 faizini ya Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri, ya agentlər, ya da ki, “mənbə”lər təşkil edirdi. Bir sözlə, Dövlət Təhlükəsizlik Xidmətinə kömək etmiş insanlardan ibarət idi. Bu hal, belə görünür, dəyişəcək, çünki Medvedev bu köhnə məktəbə aid deyil. Bu gün hamıya aydın olan daxili ziddiyyətlər də buradan yaranır. Medvedev daha çox vətəndaş dövləti tərəfdarıdır və bu mənada müəyyən işlər görür. Köhnə məktəb isə göstəriş verməyə öyrənib: buna tabe olmayanlara da polonium, ya da başqa bir şey verirdilər. Bu məktəb indi arxa plana keçib. Rusiya isə hərəkət edir. Amma bunun nə qədər vaxt aparacağını və həqiqi demokratiya yolunda nə qədər qurban veriləcəyini əvvəlcədən söyləmək çətindir.”

XS
SM
MD
LG