Accessibility links

London olimpiadasının açılış mərasimi olub


London Olimpiadasının aşılış mərasimi
London Olimpiadasının aşılış mərasimi

“Möcüzələr adası” adlandırılan şouda Britaniya tarixi və ənənələri bir-birini əvəz edib

Londonun Stratford stadionunda XXX Olimpiya oyunlarının açılış mərasimi olub. “Möcüzələr adası” adlandırılan şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunub.
Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda Britaniyanın aqrar və sənaye həyatından idilliya səhnələrini krallığın tarixinə səyahət səhnələri əvəz edib.
“Tarixi parad”da 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası, Britaniya qadınlarının hüquqları uğrunda mübarizəsi, krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazları əks olunan epizodlar əks olunub.
Növbəti hissələrdə məşhur qəhrəmanlar Cames Bond, Elizabeth II, David Beckham, Mister Bean, Paul McCartney səhnədə bir-birini əvəz edib. Daha sonra britaniya uşaq nağılları səhnəyə hakim kəsilib.
Şou səhnədə web yaradıcısı Tim Berners-Lee görünməsi ilə başa çatıb.
Beləliklə, ölkələrin yığma Olimpiya komandalarının paradı başlayır. Azərbaycan nümayəndə heyətini paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın idmançı, məşqçi və mütəxəssis təmsil edib. Azərbaycanın dövlət bayrağını komandanın kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli daşıyıb. Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaq. Parad başa çatdıqdan sonra Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış edib və nəhayət Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya oyunlarını açıq elan edib.
Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olub.
London Olimpiya oyunlarına artıq 3-cü dəfədir ev sahibliyi edir. Bundan öncə 1908-ci və 1948-ci illərdə London olimpiya oyunlarına ev sahibliyi edib.
Bu olimpiya oyunlarında 36 idman növündə 302 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya çempionu adı uğrunda 205 ölkədən 10 mindən çox idmançı yarışır.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Azərbaycan idmançıları yarışa iyulun 28-də başlayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG