Accessibility links

Azərbaycan paralimpiyaçıları Londona yola düşüb


BBC-nin Newsnight televerilişi Azərbaycanın iki olimpiada medalı üçün 9 milyon dollar verdiyini iddia edir

BBC-nin Newsnight televerilişi Azərbaycanın iki olimpiada medalı üçün 9 milyon dollar verdiyini iddia edir

Yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 idmançı təmsil edir

Avqustun 23-də Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XIV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşüb.
Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov idmançıları yola salaanlar arasında olub.
İsmayı İsmayılov idmançıların yeni medallar qazanmasına ümid etdiyini deyib.
Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov isə bildirib ki, idmançılar yarışlara çox ciddi hazırlaşıb. “Onların azı 5 qızıl medal qazanacağına ümid edirəm".
Avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start veriləcək. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 idmançı təmsil edir. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcılıq yarışlarında mübarizə aparacaq.
XS
SM
MD
LG