Accessibility links

XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunacaq


Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiyası

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiyası

İyulun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salma mərasimi keçirilib.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bildirib ki, avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq.

Mərasimdə bildirilib ki, bütün idmançılar “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.

Elə bu gün prezident Əliyev XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə görə, birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.

XS
SM
MD
LG