Accessibility links

Olimpiya məşəli açıq kosmosda


Rusiya kosmonavtları Oleq Kotov və Sergey Ryazanski gələn il Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlini tarixdə ilk dəfə olaraq açıq kosmosa çıxarıb.

ABŞ-ın fəza və astronavtika agentliyi NASA-nın televiziyasında rusiyalı kosmonavtların Olimpiya məşəlini Beynəlxalq Fəza Stansiyasından açıq kosmosa çıxardığı canlı yayımda göstərilib. Tarixi fəza gəzintisi zamanı kosmonavtlar məşəllə şəkil çəkdirib.

Bu, ilk dəfərdir ki Olimpiya məşəli kosmik gəmidən açıq kosmosa çıxarılır. Bundan öncə 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya oyunlarının məşəli ABŞ-ın Atlantis şatl gəmisinə gətirilmişdi.

Olimpiya məşəli fəzaya Boykonur kosmodromundan kosmik gəmi ilə aparılıb. Məşəl Yer kürəsinə bazar ertəsi üç nəfərlik ekipajla geri gətiriləcək.

Məşəl 2014-cü ildə fevralın 7-də Soçidə Qış Olimpiya Oyunlarının başlanacağı gün stadionda alovlandırılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG