Accessibility links

Olimpiya məşəli Rio de Janeyrodadır


Olimpiya məşəli 90 gün Braziliyada dolaşdırıldıqdan sonra cümə günü Olimpiya Oyunlarının açılışı münasibətilə Rio de Janeyroya gətirilib.

Yeddi braziliyalı olimpiyaçı yelkənçinin idarə etdiyi yaxta Niteroi şəhərindən Rionun tarixi hərbi-dəniz bazasına bir saatlıq səfər edib. Orada yelkənçilər Torben və Lars Qrael məşəli Rionun meri Eduardo Paesə təqdim ediblər.

Məşəl üç gün boyunca Rionun yoxsul şəhərətrafı qəsəbələri, çimərlikləri və nəhayət məşhur İsa Məsih heykəlinə aparılacaq və daha sonra cümə günü 2016-cı il Olimpiya Oyunlarına start veriləcək Marakana stadionuna aparılacaq.

Məşəl may ayının əvvəli Olimpiya Oyunlarının yarandığı Yunanıstandan Braziliyanın paytaxtı Braziliyaya Braziliya hava Qüvvələrinin döyüş təyyarələrinin müşayiəti altında TAM təyyarəsində gətirilib.

Məşəli təyyarədən Braziliya Olimpiya Komitəsinin prezidenti Artur Nuzman endirib.

Artıq hakimiyyətdən uzaqlaşdırılan prezident Dilma Russef Planalto prezident saryında məşəli yandırandan sonra məşəl hərəsi 200 metr qaçan 12 min məşəlçi tərəfindən 300 şəhərdə gəzdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG