Accessibility links

“Front Line Defenders” Olimpiya hərəkatçılarını dünyada təqibə məruz qalan 15 hüquq müdafiəçisini müdafiə etməyə çağırıb


Olimpiada arzuları

Olimpiada arzuları

“Olimpiya arzuları” kampaniyası geniş ictimaiyyəti hökumət üzvlərinə və müxtəlif Olimpiya komitələrinə məktublar yazaraq 15 hüquq müdafiəçisini dəstəkləməyə çağırıb

Turan Agentliyinin məlumatına görə, Front Line Defenders dünyanın müxtəlif yerlərində öz hüquq müdafiə fəaliyyətinə görə təqiblərə, təhdidlərə, şantaja, həbslərə məruz qalan 15 hüquq müdafiəçisinin taleyinə diqqəti yönəltmək üçün onlayn-kampaniya və sosial şəbəkələrdə kampaniyaya başlayıb.

Aleksandr Anderson de Suza (Braziliya); 2. Azimcan Əsgərov (Qırğızıstan) 3. Biram Da Uld Abeyd (Mavritaniya); 4. Qao Jişenq (Çin); 5. Həbibə Əl-Hinay (Oman); 6. Xuan Baskez (Qonduras); 7. Kaşa Jaklin Naaqesera (Uqanda); 8.Kavita Şrivastava (Hindistan) 9. Maqodonq Maxlanq (Zimbabve); 10. Marianela Sançer Ortis (Venesuela); 11. Osman İşçi (Türkiyə); 12. Roza Tuleteyeva (Qazaxıstan); 13. Samar Badavi (Səudiyyə Ərəbistanı); 14.Temogen Tulavi (Filippin), 15. Yasin Zaid (Əlcəzair).
“Olimpiya arzuları” kampaniyası (www.sportshrd.org) geniş ictimaiyyəti hökumət üzvlərinə və müxtəlif Olimpiya komitələrinə məktublar yazaraq 15 hüquq müdafiəçisini dəstəkləməyə çağırıb.

“İdman ruhu və düzgün oyun atmosferində yarışmaq üçün dünyanın hər yerindən toplaşmış idmançıların parlaq istedadına və öz işinə sədaqətinə bütün dünyada yetirilən nəzərlə yanaşı, biz də sizin diqqətinizi başqalarının əsas hüquq və azadlıqlarını müdafiə etmək üçün özlərini böyük təhlükəyə atan, dəf olunmaz maneələrlə üzləşən digər qəhrəmanlara yönəltmək istərdik”, - Front Line Defenders-in icraçı direktoru Meri Lolor bildirib.

“Necə ki, bu idmançılar öz komandalarının dəstəyi olmadan nəinki qələbə çalmaq, heç yarışa da bilməzdilər, eləcə də hüquq müdafiəçiləri cəmiyyətin dəstəyi olmadan çalışa bilməz Onların işinin effektiv olması üçün müdafiə lazımdır.

Front Line Defenders hesab edir ki, necə ki, enerjili adamlar yeni dünya rekordunun əldə olunmasına xidmət edə bilər, eləcə də adamlar bizim kampaniyaya bir neçə dəqiqə vaxt ayırmaqla bu hüquq müdafiəçilərinin həyatını kardinal şəkildə dəyişə bilər”, - kampaniyanın keçirilməsi üzrə şöbənin rəhbəri Adam Şapiro vurğulayıb.

Front Line Defenders on ildən çoxdur ki, hüquq müdafiəçilərinə kritik durumlarda, həmçinin fövqəladə vəziyyətlərdə praktiki və çevik dəstək, qrant, treninqlər, psixoloji - rəqəmsal təhlükəsizlik, beynəlxalq hüquq sahəsində vəkil dəstəyi göstərməklə məşğuldur.
XS
SM
MD
LG