Accessibility links

Azərbaycan olimpiya medalçılarına 4,2 milyon manat mükafat verəcək


Radik Hüseynov
Radik Hüseynov

Bu vəsaitin 1,8 milyon manatı legioner idmançıların payına düşür

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları başa çatıb. Azərbaycanın Olimpiya komandasına 56 idmançı daxildir və onların 18-i (1 qızıl, 7 gümüş, 10 bürünc) medal qazanıb. Olimpiya komandasının 60 faizindən çoxu, 35 nəfəri legionerdir.

Azərbaycan prezidentinin bu il iyulun 18-də imzaladığı sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 400 min, onun məşqçisinə 200 min, ikinci yeri tutan hər bir idmançıya 200 min, məşqçisinə 100 min, üçüncü yeri tutan hər bir idmançıya 100 min, məşqçisinə 50 min manat mükafat veriləcək.

Sərəncama uyğun olaraq medal qazanan 18 idmançı və onların məşqçiləri 4 milyon 200 min manat mükafat alacaq. Bunun 2 milyon 800 min manatı idmançıların, 1 milyon 400 min manatı məşqçilərindir.

Aparılan hesablamalara görə, idmançılara veriləcək 2 milyon 800 min manat mükafatın 1 milyon 800 manatı legioner idmançıların payına düşür.

Mükafat alacaq idmançıların siyahısı budur:

Radik İsayev (taekvondo, qızıl) - 400 min manat (məşqçisi 200 min manat)

Mariya Stadnik (güləş, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Toğrul Əsgərov (güləş, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Xetaq Qazyumov (güləş, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Rüstəm Orucov (cüdo, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Elmar Qasımov (cüdo, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Lorenzo Sotomayor (boks, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Valentin Demyanenko (kanoe, gümüş) - 200 min manat (məşqçisi 100 min manat)

Sabah Şəriəti (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Rəsul Çunayev (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Nataliya Sinişin (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Hacı Əliyev (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Cəbrayıl Həsənov (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Şərif Şərifov (güləş, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Patimat Abakarova (taekvondo, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Milad Beiqi Harçeqani (taekvondo, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

Kamran Şahsuvarlı (boks, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

İnna Osipenko-Radomskaya (kayak, bürünc) - 100 min manat (məşqçisi 50 min manat)

XS
SM
MD
LG