Accessibility links

Bakıda Olimpiya Stadionu açılıb. Açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub.

Bakı Olimpiya stadionu

Bakı Olimpiya stadionu

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış məırasiminin bu stadionda keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG