Accessibility links

Oskar mükafatı laureatı rejissor Oliver Stoun sabiq Milli Təhlükəsizlik Agentliyinin kontraktoru Edvard Snouden haqda film çəkməyi planlaşdırır.

Stoun bazar ertəsi britaniyalı journalist Luk Hardinqin yazdığı kitaba əsasən ssenari yazacağı və film çəkəcəyini elan edib.

Tanınmış və mübahisəli rejissor uzun zaman birgə çalışdığı prodüsser Mortiz Bormanla bərabər Hardingin "Snoudenin faylları: Axtarışda olan insanın məxfi hekayəsi” adlı film üçün müəlliflik hüquqlarını alıb.

Stoun bunun dövrümüzün ən maraqlı hekayələrindən biri olduğunu deyir.

Amma bu Snouden haqda çəkilmiş yeganə film deyil. Ötən ay Sony Pictures studiosu Snouden haqda digər bir kitaba əsasən film çəkilişləri üçün müəlliflik hüququnu alıb.

Bu, Qlenn Qrinvaldın “Gizlənməyə yer yoxdur: Edvard Snouden, Milli Təhlükəsizlik Agentliyi və ABŞ İzləyənlər Ölkəsi” adlı kitabıdır.
XS
SM
MD
LG