Accessibility links

Ölkəni demokratikləşdirən monarxiyalar (audio)


Ölkəni demokratikləşdirən monarxiyalar (audio)

Ölkəni demokratikləşdirən monarxiyalar (audio)

Tayland monarxı siyasi böhranla üzləşən ölkədə sabitliyin simvolu kimi tanınır

Böyük Britaniya 2011-ci ilin aprel ayında şahzadə Villiamın Keyt Midltonla toyuna hazırlaşdığı bir vaxt dünya mətbuatının diqqəti müasir erada monarxiyaların roluna yönəlib.

Böyük Britaniya şahzadəsi Villiamın Keyt Midltonla evlənəcəyini elan etməsi Britaniya kral ailəsinə marağı artırıb. Artıq gəlinin toyda nə geyəcəyi barədə şayiələr gəzir. Yazda təşkil olunacaq toy mərasiminin Britaniyaya milyonlarla əlavə ziyarətçi cəlb edəcəyi gözlənilir.


Kraliça II Yelizavetanın rəhbərliyi ilə hazırlanacaq təntənəli mərasim ölkəyə turist axını ilə nəticələnəcək ki, bu da ölkə iqtisadiyyatına təxminən 800 milyon dollar gəlir gətirəcək. Britaniya turist agentliyindən Patrisia Yets:

- Bu, insanların Biraniyaya gəlməsinin əsas səbəbidir. Mərasim müasir rəngarəngliyi ilə bir adət və tarixi hissdir.

Ancaq Böyük Britaniyada monarxiyanın əleyhdarlarının fikrincə, kral ailəsi olmasa da, insanlar Bukinham Sarayını, Londonda Kral evini, Vindsor qəsrini və kralla bağlı digər yerləri görməyə gələcək. Parlamentin monarxiyanı ləğv etməsini istəyən bu qrup hətta formal xarakter daşımasına baxmayaraq hökumət səlahiyyətinin kral ailəsindən gəlməsini istəmir. Kraliça hər həftə baş nazirlə görüşsə də, siyasətə bir o qədərdə qarışdığı müşahidə olunmur. Anti-monarxiya qrupu olan Respublikadan Qraham Smit bununla razılaşmır:

- Monarxiya bizim Konstitusiyamızın və siyasi prosesimizin ayrılmaz hissəsidir. Kral bizim dövlətin rəhbəridir və biz bunun səhv olduğunu düşünürük.

Kraliça Yelizaveta da dünyaboyu digər 15 krallıqda olduğu kimi ölkənin rəhbəridir.

Səudiyyə Ərəbistanı kralı Abdulla ölkəni həqiqətən də idarə edən bir neçə kral ailələrindəndir. Cənubi Afrika Respublikasının bir hissəsi olmasına baxmayaraq orada hələ də Zuku krallığı mövcuddur. Dünya boyu kral ailələrinin müxtəlif ritualları və rolları var. Şərhçi Riçard Fitzvilliams:

- Avropada bir çox monarxiya kiçik icraedici səlahiyyətə malik konstitusiyalı monarxiyalardır. Yaxın Şərqdə böyük əksəriyyəti avtokratik, Uzaq Şərqdə isə daha çox demokratik olmaqla qarışıq monarxiyalar var. Yaponiya və Taylanddakı monarxiyalar ən çox rəğbət göstərilənlərdir.

Tayland kralı Bumibol Adulyadey ən çox hakimiyyətdə olan kraldır. 1946-cı ildən hakimiyyətdə olan kralın monarx kimi 60 illiyinə dünyanın bir çox yerindən krallar qatılmışdı. Onun adı Taylandın demokratikləşməsinə kömək etməkdə çəkilir və o, siyasi böhranla üzləşən ölkədə sabitliyin simvolu kimi tanınır. Artıq yaşlanmış və səhhətində problemlər olan kral Bumibol bir çox taylandlının tanıdığı yeganə monarxdır.

Britaniyada isə milyonlarla britaniyalı kral ailəsinə yeni üzvün və gələcək şahzadənin daxil olmasının şahidi olacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG