Accessibility links

Fransua Olland Türkiyənin Suriyadakı əməliyyatlarını tənqid edib


Fransa prezidenti Türkiyənin Suriyadakı əməliyyatlarını tənqid edib.

Fransua Olland Türkiyənin çoxsaylı və ziddiyyətli müdaxiləsinin münaqişəni daha da qızışdırdığını deyib.

O, döyüşlərin dərhal dayandırılması və müzakirələrə start verilməsinə çağırıb.

"Türkiyənin İŞİD-in hücumlarından sonra özünü və sərhədlərini müdafiə etməsinə haqq qazandırmaq olar. Lakin İŞİD-lə mübarizə aparan kürdlərə qarşı hərbi əməliyyatlar vəziyyətin daha da ağırlaşması deməkdir. Buna görə də əməliyyatlar dayandırılmalı, müzakirələrə başlanmalıdır"-deyə Olland bildirib.

Döyüşlər dərhal dayandırılmalı və müzakirələrə start verilməlidir

Fransanın dövlət başçısının çağırışı Amerikanın müdafiə naziri Eş Karterin Türkiyəni diqqətini İŞİD-lə döyüşlərə yönəltməyə çağırdığı bir vaxt səslənib.

Türkiyə ordusu və onun Suriyadakı müttəfiq döyüşçüləri İŞİD və kürd yaraqlılarına qarşı hərbi kampaniya aparır. Kürd döyüşçülər Amerikanın dəstəklədiyi Suriya Demokrat Qüvvələrin bir hissəsidir.

Eş Karter
Eş Karter

“ABŞ İŞİD-ə qarşı bütün əməliyyatları və Carablusla Türkiyə sərhəd bölgələrinin müdafiəsini dəstəkləyir” –deyə Karter Pentaqonda müxbirlərə bildirib.

Kürd döyüşçülər bu yaxınlarda İŞİD-i Suriyanın Manbic şəhərindən və Fərat çayının 30 kilomertlik qərb sahillərindən çıxarmağa nail olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG