Accessibility links

Ehud Olmert 18 ay müddətinə azadlıqdan məhrum edilib


İsrailin Ali Məhkəməsi sabiq baş nazir Ehud Olmertin rüşvət ittihamlarını nisbətən yüngülləşdirərək, onun həbs müddətini 6 ildən 18 aya endirib.

Olmert məhkəməninin qırarını alqışlayaraq, ürəyindəki ağırlığın bir qədər azaldığını deyib.

Olmertin işi İsraildə korrupsiya ilə mübarizənin nümunəsidir

70 yaşlı sabiq baş nazir iki il əvvəl Qüdsün inşaat layihələrinin inkişafı üçün on minlərlə dollarlıq rüşvət ittihamları ilə üzləşmişdi. Bu, onun 2006-cı ildə baş nazir təyin edilməzdən əvvəl Qüdsün meri vəzifəsində çalışdığı vaxt baş verib.

Olmert ittihamları rədd edərək, ona heç vaxt rüşvət təklif edilmədiyini və rüşvət almadığını deyir.

Dövlət prokuroru Liat Ben Ari ədalətin yerini aldığını deyib. O bildirib ki, Olmertin işi İsraildə korrupsiya ilə mübarizənin nümunəsidir.

Ben Ari hökmü heç kimin qanundan yüksək olmadığına mesaj adlandırıb.

Hökm heç kimin qanundan yüksək olmadığına mesajdır

Kadima Partiyasının sədri Ehud Olmert 2009-cu ilədək tutduğu baş nazir vəzifəsi zamanı Fəslətinlə sülh danışıqlarının baş tutmasına çalışıb.

Olmert dəmir barmaqlılar arxasına salınan ilk İsrail lideridir.

XS
SM
MD
LG