Accessibility links

Azərbaycanlı Səməd Qasımpur narkotik maddələr saxlamaqda və daşımaqda təqsirli bilinir

İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Səməd Qasımpura çıxarılan ölüm hökmü qüvvədə saxlanıb.
“Media forum” saytının məlumatına görə, Səməd Qasımpur narkotik maddələri saxlamaqda və daşımaqda təqsirli bilinir. Keçmiş deputatın işinə Ali Məhkəmədə yenidən baxılsa da, əvvəlki hökm qüvvədə saxlanıb və hökmlərin icrası ilə məşğul olan şöbəyə göndərilib.
Ötən əsrin 90-cı illərində Təbriz, Üskü və Azərşəhr şəhərlərindən İran parlamentinə deputat seçilən Səməd Qasımpurun nə vaxt tutulub mühakimə olunması haqda məlumat yayılmayıb.
XS
SM
MD
LG