Accessibility links

Haitiyə xoleranın Cənubi Asiyadan gəldiyi təxmin edilir


Haitiyə xoleranın Cənubi Asiyadan gəldiyi təxmin edilir

Haitiyə xoleranın Cənubi Asiyadan gəldiyi təxmin edilir

Amerika alimləri dünən açıqladıqları araşdırmada öz qiymətləndirmələrini əks etdirib

ABŞ tədqiqatçılarının sözlərinə görə, sınaqlar göstərir ki, Haitidə geniş yayılmış ölümcül Xolera xəstəliyinə səbəbə olan mikrobun Cənubi Asiyadan gəlməsi ehtimalı var. Onların dediklərinə görə Haitidə müəyyən edilən mikrob Xoleranın Banqladeşdə aşkar olunan növünə oxşayır.

Alimlər öz qiymətləndirmələrini əks etdirdikləri araşdırmanı dünən açıqlayıb, ancaq tədqiqatda xəstəliyin Haitiyə necə və ya kim vasitəsilə gəlməsinə toxunulmur. Araşdırmanın müəllifləri deyir ki, xəstəliyin mənbəyini müəyyən etmək üçün daha geniş tədqiqata ehtiyac var. Bu ilin oktyabr ayından bəri Haitidə 93 000 adam Xolera yoluxub və ehtimallara görə, xəstəlik 2 000 insanın həyatına son qoyub.

XS
SM
MD
LG