Accessibility links

Oman qüvvələri şimali sənaye şəhəri olan Soharın limanına gedən yolu bağlayan nümayişçiləri dağıdıblar. Röyters xəbər agentliyi şahidlərə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri havaya atəş açıqdan sonra bir nəfər yaralanıb. Şahidlər həmçinin tankların əraziyə gətirildiyini bildirib.

Artq dördüncü gündür ki, Omanda vətəndaşlar küçələrə çıxır. Körfəz dövlətinin sakinləri daha çox iş yerləri, yüksək maaş və demokratik islahatlar tələb edirlər. Sultan Qabus bin Səid 1970-ci ildən bəri Omanı idarə edir.

Bazar günü Soharda nümayişçilər polis məntəqəsini və başqa binaları yandırdıqdan sonra polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdi. Oman hökuməti bir, nümayişçilər isə bir neçə adamın öldüyünü bildiriblər.

ABŞ İran Körfəzindəki mütəfiqini zorakılqıdan çəkinməyə və mülixafətlə dialoqa daxil olmağa səsləyib.

XS
SM
MD
LG