Accessibility links

Hesabatın əsas hissəsi rəqəmlərin təhlilindən ibarətdir

Martın 5-də Milli Məclis insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın illik hesabatını dinləyib və təsdiq edib.

Yarım saat ərzində o, görülmüş işlər barədə danışıb. Ombudsmanın hesabatının əsasını rəqəmlər təşkil edib. Belə ki, ötən il ombudsman aparatına 12 min 470 şikayət daxil olub (2011-ci ilə nisbətən 210 şikayət az). Əhalinin şikayətlərinin əksəriyyəti hüquq-mühafizə orqanlarına və icra hakimiyyətinə qarşı yönəlib.
2 min 287 vətəndaş mülkiyyətçilərin hüquqlarının pozulması haqqında məktubla müraciət edib.

Prokuror nəzarəti üzrə 690 müraciət daxil olub, 62 halda pozuculara qarşı inzibati tədbirlər elan edilib, 10 əməkdaş tutduğu vəzifədən azad edilib və başqa bölmələrə keçirilib.

Yol polisinin özbaşınalığından 694 nəfər, Daxili İşlər Nazirliyinin digər qurumlarından 266 şikayət daxil olub. Ümumilikdə 268 polis cəzalandırılıb, onların 231-nə qarşı inzibati sanksiyalar tətbiq edilib, 15 nəfəri işdən azad edilib.
Ümumilikdə müraciətlərin əksəriyyətini şikayətlər təşkil edib (79,6%), digərləri ərizələr və cəmi 0,1%-i iş təklifləri olub.

Baş hüquq müdafiəçisinin məlumatına görə, məhkəmələrdən, daha çox qəbul edilmiş qərarların icra olunmasından 1 min 643 nəfər narazıdır. Ötən il 4 hakimə qarşı hökm çıxarılıb. Mindən çox (1045) vətəndaş sosial təminatsızlıqdan, 847 işçi işəgötürənin əməllərindən, xüsusən əmək müqavilələri bağlamaqdan imtina etməsindən şikayət edib.

Müzakirələr zamanı deputat Zahid Oruc mülkiyyətin özgəninkiləşdirilməsi hallarının çox olduğunu qeyd edərək, bunu icra hakimiyyətinin özbaşınalığı ilə əlaqələndirib. O, hərbi ombudsman aparatının yaradılması zərurətini qeyd edib, belə ki, Süleymanovanın müvafiq qurumu bütün işlərin öhdəsindən gəlmir.
“Bu gün on minlərlə uşaq məktəbə getmir, aztəminatlı Qarabağ müharibəsi əlillərinin uşaqları ali məktəblərin ödənişli bölmələrində təhsil alır, uşaq evlərində tərbiyə alanların yetkinlik yaşına çatdıqdan sonra taleyi naməlum olaraq qalır və həllini tələb edən, amma məruzədə əksini tapmayan belə problemlər az deyil”, deyə o bildirib.

Qanunvericilərin fikrincə, hər şeyin günahkarı yerlərdə əhali ilə işə, onların hüquqi savadlılığına diqqət yetirməyən icra hakimiyyətləridir. Bir çox cinayətlər elə yerli səviyyədə qeydə alınmır.

Müzakirələrdən sonra ombudsmanın hesabatı yekdilliklə qəbul edilib.
XS
SM
MD
LG