Accessibility links

Sərhədsiz Reportyorlar: Ömər Məmmədov siyasi sifarişin qurbanıdır


Ömər Məmmədov

Ömər Məmmədov

Azərbaycan hakimiyyətini tənqid edən növbəti bloger həbs edilib

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı 19 yaşlı bloger Ömər Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.

“Ömər Məmmədov hökuməti tənqid edənlərin susdurulması üçün siyasi qurbana çevrilib”, bəyanatda deyilir.

İyunun 25-də AŞPA sessiyasında prezident İlham Əliyevin ölkədə “azad internetin” olması barədə bəyanatına baxmayaraq, blogerlərin həbsi davam edir.

Hakimiyyət müxalifət fəallarını cəzalandırmaq üçün narkotik maddənin saxlanması və yayılması kimi uydurma ittihamlardan istifadə edir.

Ö.Məmmədov Facebook-da “AzTv-dən seçmələr” və “Heydər Əliyev adına” səhifələrin müəllifi olub. Bu səhifələrdə hakimiyyətin siyasətinə rişxənd edilib. Həmin səhifələr çox populyar olduğundan ayda yarım milyona yaxın oxucu daxil olub.

Ö.Məmmədov NİDA Hərəkatı da daxil olmaqla, bəzi siyasi hərəkatların üzvü olub.

“Bu, tənqidi səsləri boğmaq üçün müdafiə hüququnun pozulduğu növbəti siyasi prosesdir. Biz ədalət mühakiməsi sistemini Apellyasiya Məhkəməsində blogerə qarşı absurd ittihamları aradan qaldırmağa çağırırıq.

Avropa Şurası artmaqda olan repressiyaların Azərbaycan hakimiyyəti tərəfindən təşkl olunmasından lazımi nəticə çıxarmalıdır”, “Sərhədsiz Reportyorlar”ın bölmə rəhbəri Yohan Bir bildirib.

XS
SM
MD
LG