Accessibility links

Gənc blogerin apellyasiya şikayəti üzrə hazırlıq iclası olub


Ömər Məmmədov

Ömər Məmmədov

Ömər Məmmədov 5 il həbsə məhkum edilib

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə bloger Omər Məmmədovun şikayəti üzrə ilkin iclas keçirilib. Ö.Məmmədov narkotik maddə satışında ittiham olunaraq 5 il müddətinə həbs olunub.

Müdafiə tərəfi təkrar məhkəmə istintaqının keçirilməsi ilə şikayətə baxılması barədə vəsatət qaldırıb.

Vəkil Əlayif Həsənovun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi işə qeyri-obyektiv baxaraq vəsatətlərin əksəriyyətini təmin etməyib.

Lakin hakim C.Ramazanov həmkarları ilə müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib və şikayətə mahiyyəti üzrə baxılmasını sentyabrın 3-nə təyin edib.

19 yaşlı Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsdən sonra NİDA Hərəkatına keçib.

Ö.Məmmədov fəal bloger və Facebook-da “AzTV-dən seçmələr” səhifəsinin (https://www.facebook.com/pazaztv?fref=ts )

adminstratorudur. Burada Azərbaycan hakimiyyətini ifşa edən karikaturalar, kollajlar, şərhlər yer alıb.

Ö.Məmmədov bu ilin yanvarında, təhsil aldığı Şimali Kiprdən qayıtdıqdan bir neçə gün sonra həbs olunub.

İyulun 4-də məhkəmə Ö.Məmmədovu 5 il müddətinə həbs edib.

XS
SM
MD
LG