Accessibility links

Ömər Kadirin prosesi ikinci dəfə təxirə salınıb


Ömər Kadirin prosesi ikinci dəfə təxirə salınıb
Ömər Kadirin prosesi ikinci dəfə təxirə salınıb

Kadir 15 yaşında ikən 2002-ci ildə Əfqanıstan döyüşlərində ABŞ əsgərini qətlə yetirməkdə ittiham edilir

Quantanamo həbxanasında saxlanılan ən gənc məhbusun məhkəməsi tərəflərin vəkillərinin bəraət razılığı üzərində işlədiklərinə görə ikinci dəfə təxirə salınıb. Kanadada doğulmuş 24 yaşlı Ömər Kadirin prosesi bazar ertəsi davam etdirilməli idi. Lakin məhkəmə cümə axşamı prosesin oktyabrın 25-nədək təxirə salınmasına qərar verib. Kadirin vəkilləri Kadirin təqsirini boynuna alaraq cəzasını Kanadada çəkməsi üçün ABŞ hökuməti ilə danışıqlar aparıldığını bildirir. Avqust ayında başlayan proses Kadirin amerikalı vəkilinin məhkəmə zalında xəstələnərək yerə yıxılmasından sonra təxirə salınmışdı. Kadir 15 yaşında ikən 2002-ci ildə Əfqanıstan döyüşlərində ABŞ əsgərini qətlə yetirməkdə ittiham edilir.

XS
SM
MD
LG