Accessibility links

Ömər əl-Bəşir Sudanın prezidenti seçildi


Sudanın mərkəzi seçki komissiyası nəticələri bazar ertəsi ölkədə 24 ildən sonra ilk dəfə keçirilən çox partiyalı seçkilərdən 10 gün sonra elan edib.

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə prezident seçkilərinin qalibi elan edilib.

Sudan seçki komisiyası bazar ertəsi bildirib ki, 2 həftə öncə keçirilən seçki zamanı cənab Bəşir 68 faiz səs çoxluğu ilə qələbə əldə edib.

Sudanın mərkəzi seçki komissiyası nəticələri bazar ertəsi ölkədə 24 ildən sonra ilk dəfə keçirilən çox partiyalı seçkilərdən 10 gün sonra elan edib.

Cənab Bəşirin iki əsas rəqibi hakimiyyətdə olan Milli Kongres Partiyasının seçkiləri saxtalaşdırmağa hazırlaşmasını bildirərək, namizədliklərini geri çəkdikdən sonra onun qələbəsi gözlənilən idi.

Ölkə prezidenti Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tələb edilən yeganə dövlət baçsıçıdır. Məhkəmə cənab Bəşiri Sudanın Darfur regionunda müharibə cinayətlərində ittiham edib.

XS
SM
MD
LG