Accessibility links

Brukings İnstitutunun experti Ömər Taşpınar : Çoxpartiyalı məclis Türkiyənin demokratiyasına yardım edər


Brukings İnstitutunun experti Ömər Taşpınar : Çoxpartiyalı məclis Türkiyənin demokratiyasına yardım edər

Brukings İnstitutunun experti Ömər Taşpınar : Çoxpartiyalı məclis Türkiyənin demokratiyasına yardım edər

Vaşinqtonda yerləşən Brukings institutunun Türkiyə proqramının direktoru Ömər Taşpınar iyun ayının 12-də keçiriləcək seçkilərdə müxalifətin iştirakının və seçkilərdən sonra qütbləşmə prosesinə yol verməmək üçün lazımi ölçülər götürülməsinin vacibliyini vurğulayır. Təhlilçilərin fikrincə, 12 iyun parlament seçkilərində hakim partiyanın qazanacağı səslərdən müxalifətin qazanacağı səslər və parlamentdə kimin nə qədər yeri təmsil edəcəyi mühümdür. Ömər Taşpınar seçkilərdən gözləntilərə belə izahat verdi. "Millətçi Hərəkat partiyasının (MHP) parlamentdə yer alması çox önəmlidir. Çünki müxalifətin parlamentdə təmsil edilməsi mühüm əhəmiyyət kəsb edir. Hakim Ədalət və İnkişaf partiyasının (AKP) səslərin 45 faizini qazacağı proqnozlaşdırılır. Cümhuriyyət Xalq Partiyasının(CHP) səslərin 30, MHP-nin 10 faizini qazanması demokratiyanın inkişafı üçün lazımdır”.

Rəy sorğularına görə, seçki kvotasına yaxın olan MHP-nin kaset skandalı seçkilərin nəticəsinə təsir edə bilərmi? Ömər Taşpınar MHP-nin kürd məsələsinin müzakirə edildiyi bir şəraitdə 10 faizdən artıq səs toplayacağını təxmin edir. “Mərkəz sağçılar arasında da bir zamanlar millətçi mühafizəkar cərəyan olmuşdu”.

Təhlilçi Türkiyədə seçkilərdən sonra gündəmə çıxarılacaq əsas məsələnin yeni konstitusiya olacağını deyir. Ömər Taşpınarın fikrincə, kürd probleminin həlli yeni konstitusiyaya ehtiyac olduğunu göstərir. Taşpınar seçkilərdən sonra vəziyyəti gərginləşdirə bilən prezident sistemi yaradılması mübahisələrinin təhlükəsindən danışdı.Türkiyədə siyasi qütbləşmə nə qədər ciddi ola bilər sualının cavabında Brukings insitutunun Türkiyə proqramının direktoru Ömər Taşpınar deyib ki, qütbləşmə olduğunu qəbul edir, lakin bunun qarşısı alına bilər.”Ədalər və İnkişaf partiyası seçkilərdən sonra müxalifəti də nəzərdə tutan bir konstitusiya üzərində çalışmalıdır”.

XS
SM
MD
LG