Accessibility links

Pentaqona hücumdan sağ çıxan insan 11 sentyabrı xatırlayır [Video]


Pentaqona hücumdan sağ çıxan insan 11 sentyabrı xatırlayır
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Pentaqona hücumdan sağ çıxan insan 11 sentyabrı xatırlayır

11 senytabr Bruse Pauersin gözünün önünə 2011-ci ildə Pentaqona olan hücumlarla bağlı canlı xatirələr gətirir. O zaman Corc Vaşinqton Universitetinin professoru Pentaqonda müdafiə analitiki olaraq işləyirdi və həmin faciəli gün də işdə idi.

Son 15 il ərzində, Brus Pauers illik ritual yaradıb:

Pentaqon
Pentaqon

“Mən Pentaqondan evə həmin gün kimi piyada gedirəm, çünki 11 sentyabr Vaşinqtonda bütün metro və avtobusların fəaliyyəti dayandırılmışdı. Mən səhər işə avtobusla getmişdim, amma qayındanda yeganə yolum piyada getmək idi,” deyə o bildirir.

Həmin gün adi bir iş günü olaraq başladı, amma iki təyyarənin Nyu Yorkda Dünya Ticarət Mərkəzinə dəyməsi barədə xəbər hər kəsi qorxutdu. Bir qədər sonra isə Pentaqon da vuruldu.

Pauers deyir ki, “elə böyük bir səs oldu ki, elə bil yanında bir yük maşını partladı. Bina yüngülcə titrədi, betondan tikildiyi üçün, çox titrəmədi. Gözəl aydın səmaya qara tüstü yayıldı və hər tərəfə kağızlar səpələndi, çünki Pentaqon böyük ofis olduğu üçün orada çox sayda insan və kağızlar var. Mən həmin an nəyin baş verdiyini anladım və ən düzgün addımın binadan çıxmaq olduğuna qərar verdim.”

Pauers Pentaqonun daxili həyətinə getdiyini və orada insanların məlumat mübadiləsi apardığını və iş yoldaşlarının yerini müəyyən etməyə çalışdıqlarını xatırlayır. O, hücum zamanı həlak olan dostlarını yad edir.

11 Sentyabr Pentaqon Memorialı
11 Sentyabr Pentaqon Memorialı

“Hücum zamanı vurulan hissə Hərbi Dəniz Donanmasının Kəşfiyyat Mərkəzi idi və mən Dəniz Donanmasında mülki şəxs olaraq çalışdığım üçün, dostlarımın çoxu orada idi,” o bildirir.

Bu insanlar hücumların 15-ci ildönümündə hələ də onun xatirələrindədir. Təyyarənin Pentaqonu vurması nəticəsində 125 nəfər həlak oldu. Daha çox insanın ölməsinin qarşısını alan isə bəxt oldu:

“Binanın təyyarənin vurduğu hissəsində demək olar ki, insan yox idi, orada çox az adam var idi, çünki orada təmir gedirdi. Hücumdan yeddi həftə öncə mənim ofisim həmin yerdə idi. Əgər bu hücum yeddi həftə öncə törədilsəydi, mən bu gün burada bu hekayəni danışmayacaqdım,” deyə Pauers bildirir.

Bu, onun Dünya Ticarət Mərkəzi Memorialında ziyarətçilərlə paylaşdığı hekayədir. Pauers orada turlara bələdçilik edir və insanlara o faciəli gündə baş verənləri anladır.

Bu bazar günü isə o həmin gün yaşananları Pentaqondan evə piyada gedərək xatırlayacaq. Hər il bu yürüşə onun nəvəsi də qatılır. Onlar ümid edir ki, bir gün bu, bir ailə ənənəsinə çevriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG