Accessibility links

On minlərlə afrikalı İsraildə nümayiş keçirir


Afrikadan olan on minlərlə mühacir İsrail paytaxtı Tel Əvivin mərkəzindəki meydana toplaşaraq hökumətin onlara qarşı kobud münasibəti əleyhinə etiraz ediblər.

Nümayişçilərin çoxu insan haqları tələb edən plakatlar qaldıraraq onları həbsə atan və işləməyi qadağan edən qanunları tənqid ediblər.

Eritrea və Sudandan gələn afrikalı ailələrin çoxu öz ölkələrində yoxsulluq, zorakılıq və siyasi xaos səbəbilə İsraildə sığınacaq əldə etməyə çalışırlar.

İsrail parlament keçən ay müvafiq sənədi olmayan afrikalıları qeyri-müəyyən müddətə həbsə göndərən və onlara işləyi qadağan edən yeni qanun qəbul edib.
XS
SM
MD
LG