Accessibility links

On minlərlə misirli islahat tələbi ilə Qahirənin Təhrir meydanına toplaşıb


On minlərlə misirli islahat tələbi ilə Qahirənin Təhrir meydanına toplaşıb
On minlərlə misirli islahat tələbi ilə Qahirənin Təhrir meydanına toplaşıb

On minlərlə qəzəbli misirli islahat və ədalət tələbi ilə Qahirənin Təhrir meydanına toplaşıb. İlk öncə yürüşlərin axşam namazından sonra başlayacağı gözlənilirdi. Lakin minlərlə adam Təhrir meydanında düşərgə qurmuş nümayişçilərə qoşulub. Nümayişçilərin əksəriyyəti İslam dövləti qurulması haqda dini mahnılar oxuyublar. Aksiya iştirakçıları misirli rəsmilərin sabiq prezident Hüsni Mübarəkin korrupsiya və polisə hökumət əlehinə nümayişçiləri öldürmək əmri verdiyinə görə, gələn həftə mühakimə ediləcəyi barədə məlumatdan sonraya təsadüf edib.

XS
SM
MD
LG