Accessibility links

Rusiya Günü prezident Vladimir Putinin üçüncü müddətə prezidentliyini elan edərkən on minlərlə rusiyalı hökumət əlehdarı Moskvada keçirilən izdihamlı nümayişdə iştirak edib.

Dünənki nümayiş may ayının yeddisi cənab Putin prezidentlik vəzifəsində işə başlayandan və icazəsiz aksiyaların keçirilməsinə dair qanunlara dəyişikliklər etdikdən sonra keçirilən ilk nümayişdir. Rusiya Gününə dair etdiyi çıxışında cənab Putin deyib ki, Rusiya ölkəni zəiflədə və ya cəmiyyəti hissələrə bölən hadisələri qəbul edə bilməz. Rusiya rəsmiləri dünən kütləvi nümayiş başlayandan bəri bir neçə aksiya liderini sorğu-sual etmək üçün bölməyə aparıb. Müxalifət lideri Sergey Udaltsov sorqu-sual edilən liderlərdən biridir.

XS
SM
MD
LG