Accessibility links

Pennsilvaniyada 11 sentyabr xatirə abidəsi [Video]


Pennsilvaniyada 11 sentyabr xatirə abidəsi
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Pennsilvaniyada 11 sentyabr xatirə abidəsi

Flight 93 Xatirəsinə Milli Zİyarətçi Mərkəzi açılıb

2001-i ilin sentaybrın 11-də Pensilvaniya səmalarında baş verən hadisələr yeni Flight 93 Xatirəsinə Milli Zİyarətçi Mərkəzindəki sərgilər vasitəsilə insanlara çatdırılır. Bu faciənin baş verdiyi məkan artıq milli abidəyə çevrilib.

Hər il 325 min insan buranı ziyarət edir, amma sözsüz ki, xüsusilə bu ziyartəçi mərkəzinin açılışından sonra çox qısa bir zaman ərzində bu rəqəmin iki, hətta üç dəfə artacağını gözləyirik

Pennsilvaniyanın Somerset Qraflığındakı bu sahələrdə 2001-ci ilin 11 sentyabrında United Hava Yollarının 93 nömrəli reysinin qəzaya uğramasından sonra yaranan xaos və qarışıqlıq…

…bu gün, Amerika tarixini müəyyən edən hadisədən 14 il sonra, sükunət və səsizliklə əvəz olunub. O gün baş verən hadisələr isə Qordon Felt-in şəxsi faciəsinə səbəb olub.

“Bəzən bu, mənə qeyri-real görünür. Əzizlərimizin ölümünün ölkəmiz üçün böyük əhəmiyyət daşıdığı ilk gündən aydın idi.”

Qordon Feltin qardaşı Edvard 93 nömrəli reysin sərnişinlərindən biri idi və o, təyyarəni oğurlayan terroristləri pilot kabinəsindən çıxarmağa çalışıb.

Edvard Felt və onunla birgə təyyarədə olan digər insanların həyatlarının son 35 dəqiqəsi Ziyarətçi Mərkəzindəki artefakt və interaktiv sərgilərlə insanlara nümayiş etdirilir. Qurbanların ailələri isə ümid edir ki, ziyarətçilər onların əzizlərinin gördüyü tədbirlərin təsirini anlayacaqlar.

11 senyabr- ildönümü
11 senyabr- ildönümü

“Onlar bu 40 qəhrəmanın kim olduğunu və onların birlikdə gördüyü tədbirlərin o səhər Kapitoli binasının məhvinin qarşısının alınmasındakı böyük rolunu anlayacaqlar.”

“Bu təyyarənin Vaşinqtondan 18 dəqiqəlik məsafədə olması məni heyrətə salır.”

Stefen Klark Ziyarətçi Mərkəzi və ətrafındakı 890 hektarlıq kompleksə nəzarət edən Milli Park Xidməti idarəsinin rəhbəridir. Bu Mərkəz turistləri cəlb edən populyar bir məkana çevrilib.

“Hər il 325 min insan buranı ziyarət edir, amma sözsüz ki, xüsusilə bu ziyartəçi mərkəzinin açılışından sonra çox qısa bir zaman ərzində bu rəqəmin iki, hətta üç dəfə artacağını gözləyirik.”

“Bu hadisə 14 il sonra hələ də insanlarda dərin hisslər yaradır.”

Buradan bir neçə yüz kilometr uzaqda, Nyu-Yorkda, yaşamasına baxmayaraq Felt deyir ki, o buranı ildə azı altı dəfə ziyarət edir.

Bu hadisə 14 il sonra hələ də insanlarda dərin hisslər yaradır

“Mənim üçün burada olmaq vacibdir. Məncə, ailə üzvlərinin bu prosesdə iştirakı vacibdir.”

Və onlar iştirak ediblər: hadisə yerindəki ərazini almaqdan tutmuş, 26 milyon dollarlıq Ziyarətçi Mərkəzinin dizaynı, hədiyyə dükanında satılan qəhvə fincanları və köynəklərə kimi hər şeydə. Felt deyir ki, onlar bunu ziyarətçilərin ruhlandırılması ümidi ilə ediblər.

“Mən istəyirəm ki, insanlar buradan çıxandan sonra özlərindən soruşsunlar ki, “onların yerində mən olsaydım, onların etdiklərini edərdimmi?

Ziyarətçilər bu sual barədə United Hava Yollarının 93 nömrəli reysinin son uçuş trayektoriyasında dayanarkən düşünə, 40 qurbanın məzarlarına baxaraq fikirləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG