Accessibility links

Avropa və Şimali Amerika ölkələrində “Persian” sözü sadəcə farsdilli iranlılar üçün deyil, çox zamanlar ümumiyyətlə İran və iranlı anlamında da işlədilməsi zaman həmin ölkələrdə yaşayan qeyri-fars mədəni fəalların etirazına səbəb olur. Amerikanın Səsinə müsahibədə güneyli fəal Oqtay Alptürk sadəcə “Persian” deyil “Iranian” sözünün də yüklənmiş anlam olaraq İranın qeyri-fars əhalisini təmsil etmədiyini vurğulayır.

İrandan ixrac edilən bütün xalçalar Qərbdə “Persian Rug” yəni “Fars Xalçası” adı ilə təqdim edilir. Həmçinin İran diasporası tərəfindən keçirilən Novruz festivalları və Qərb ölkələri rəsmilərinin Novruz təbriki mesajlarında ümumiyyətlə “Persian New Year” ifadəsi yer alır.

Persian kəliməsi lüğətdə İranda yaşayan onlarla etnik qrupdan birinin adıdır... Ayrıca həm Persian həm də “Iranian” termini onlara yüklənmiş anlam etibarı ilə türk, kürd, ərəb və İranda yaşayan digər qeyri-fars etnikləri təmsil etmir.

Torontoda yaşayan mədəni fəalın fikrincə, bu növ adlandırmada İranda yaşayan qeyri-farsları inkar etmə siyasəti müşahidə olunur:

“Persian Rug, Persian Gulf, Persian Cat, İranın içində də Fars xəbər agentliyi, Persia maşını vardır... Milli futbol yığmasına Fars Ulduzları kimi ləqəblər verilir. Bu, qeyri-fars millətləri bütünlüklə inkar etmək siyasətidir... Təbriz, Qaşqay və Ərdəbil xalçasını 'Persian' adlandırırlar, türk qızlarının əməyi ilə gözlərinin işığı ilə yaradılmış əsəri fars işi göstərmək çox böyük haqsızlıqdır.”

Kanada müxtəlif etnik qrupların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşadığı nümunəvi ölkə hesab olunur.

Kanada müxtəlif etnik qrupların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşadığı nümunəvi ölkə hesab olunur.

Alptürkün sözlərinə görə, “'Persian' kəliməsi lüğətdə İranda yaşayan onlarla etnik qrupdan birinin adıdır... Ayrıca həm 'Persian' həm də 'Iranian' termini onlara yüklənmiş anlam etibarı ilə türk, kürd, ərəb və İranda yaşayan digər qeyri-fars etnikləri təmsil etmir.”

O, 'Iranian' termini haqda deyir:

“'Iranian' deyəndə yenə də eyni sorun davam edir. Çünki İran sözü də hər zaman fars sözü ilə eyni anlamda işlədilib. Bunu həm İran dövlətinin ölkə içində həm də beynəlxalq arenada yürütdüyü siyasətdə görürük...Misal üçün İran musiqisi deyəndə hamı əslində fars musiqisindən danışıldığını bilir... İran dünyada çox-kültürlü bir ölkə kimi tanınmır, fars kimliyi ilə tanınır...”

Mənim yaşadığım ölkə, Kanada uzaqdan baxanda sadəcə bir etnik qrupun ölkəsi kimi görülmür. Bir ingilisdilli ölkə kimi tanınmır. Kanadanın iki rəsmi dövlət dili vardır.

Bu baxımdan o, hazırda yaşadığı Kanadada mövcud olan multikulturalizm ya çox-mədəniyyətlilik modelinə işarə edir:

“Mənim yaşadığım ölkə, Kanada uzaqdan baxanda sadəcə bir etnik qrupun ölkəsi kimi görülmür. Bir ingilisdilli ölkə kimi tanınmır. Kanadanın iki rəsmi dövlət dili vardır. Bəzi əyalətlərdə başqa rəsmi dillər də var və məktəblərdə oxudulur. Hətta bizim kimi yeni gələn mühacirlərin də kimliyinə sayğı ilə yanaşılır, dilləri dövlət imkanları ilə öyrədilir, tədris olunur... Kanadalı olmaq bir etnikin rəsmiyyətə tanıdılması və başqalarının inkar edilməsinə səbəb olmur.”

“İran kimi bir ölkədən gələn insanlar demokratik və özgür ölkələrdə bir müddət yaşadıqdan sonra görürlər ki, başqaları ilə barış içində və rahat yaşamağın yolu özünü inkar etmək ya hakim kültür içində asimilə olmaq deyildir,” deyə Oqtay Alptürk əlavə edir.

Show comments

XS
SM
MD
LG