Accessibility links

Azərbaycan parlamentinin sədri İran prezidenti ilə görüşüb


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran prezidenti Həsən Ruhani ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran prezidenti Həsən Ruhani ilə görüşüb

Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 9-cu sessiyası çərçivəsində Tehranda səfərdədir

Fevralın 18-də Tehranda İran prezidenti Həsən Ruhani və Azərbaycan Milli Məclisinin (parlament) sədri Oqtay Əsədovun görüşü olub.

İran mediasının məlumatına görə, görüş zamanı ikitərəfli əlaqələrin inkişafı, regional və qlobal məsələlər müzakirə ediulib.

O.Əsədov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 9-cu sessiyası çərçivəsində Tehrana gedib

Trend agentliyi isə bildirir ki, Oqtay Əsədov bu gün Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında çıxışında deyib ki, Suriya və Fələstindəki böhranın həlli yalnız siyasi danışıqlar yolu ilə mümkündür və Azərbaycanın bu iki ölkədə baş verən proseslərlə bağlı mövqeyi problemin danışıqlar yolu ilə həll edilməsindən ibarətdir.

Onun fikrincə. Parlament İttifaqı Konfransının Suriyadakı böhranın həlli istiqamətində qəbul edəcəyi qərar həlledici rol oynaya bilər.Azərbaycan müsəlman ölkələrində təhlükəsizliyin təmin olunması sahəsində güclü mövqeyə malikdir:

"İslamın müsəlmanlar və İslam ölkələri arasında qardaşlıq və həmrəylik simvolu olmasına inanırıq və bu potensialdan mövcud problemlərin həlli üçün istifadə etməliyik", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG