Accessibility links

Hüquq müdafiəçisinin oğlunun işindən kassasiya şikayəti verilib


Oqtay Gülalıyev oğlu ilə

Oqtay Gülalıyev oğlu ilə

Hüquq müdafiəçisi və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin vəkili ittiham hökmünü qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Hüquq müdafiəçisinin oğlu 2013-cü il sentyabrın 20 də təhsil aldığı 165 nömrəli məktəbdə dava salmaqda ittiham olunub. İş üzrə zərərçəkmiş, həmin məktəbin şagirdi Bayram Sultanlı şikayətini geri götürüb. Bununla belə, oktyabrın 30-da Xətai rayon Məhkəməsi Əli Gülalıyevi xuliqanlıqda ittiham edib və əmək haqqının 15%-i tutulmaqla 6 ay islah işlərinə məhkum edib. Sonradan apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Oqtay Gülalıyev bildirib ki, Apellyasiya Məhkəməsi obyektiv istintaq aparmayıb.

“Müdafiə tərəfin bir çox vəsatətləri təmin edilməyib. Məhkəmə şahidlərin çağırılması, videomateriallara baxış keçirilməsi haqqında vəsatətləri təmin etməyib, Xətai rayon Məhkəməsində məhkəmə iclaslarının protokollarının saxtalaşdırılmasını araşdırmayıb.

Apellyasiya Məhkəməsi qismən məhkəmə istintaqı aparmaqdan imtina edib və bu işdə qanun pozuntularına göz yumub”, hüquq müdafiəçisi bildirib.

Gülalıyev əmindir ki, oğlunun təqibi onun siyasi fəaliyyəti ilə bağlıdır və ona təzyiq formasıdır.

XS
SM
MD
LG