Accessibility links

Oqtay Gülalıyev saxlanıb və azad buraxılıb


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev xarici pasport almaq üçün “ASAN” xidmətinə müraciət etdikdən sonra iyunun 23-də günün ikinci yarısında polis bölməsinə aparılıb. İki saat saxlandırdan sonra zad buraxılıb.

ASAN Xidmətdə Gülalıyevə bildiriblər ki, onun barəsində Sabirabad rayon polisi tərəfindən axtarış elan olunub və bu barədə yerli polisə məlumat verilib.

Gülalıyev barəsində axtarış 2012-ci il aprelin 8-də onun həbsindən sonra hakimiyyət orqanlarına tabe olmama və kütləvi iğtişaşlara təhrik etmə ittihamı (Cinayət Məcəlləsinin 220.2-ci maddəsi) üzrə açılmış işlə bağlı elan edilib. Prezident Administrasiyasının müdaxiləsindən sonra o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilib.

Həbs edildiyi zaman Gülalıyev Kür ətrafı 8 rayonun daşqından ziyan çəkmiş sakinlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru idi.

Qərargah daşqının nəticələrinin aradan qaldırılması zamanı külli miqdarda dövlət vəsaitinin mənimsənməsi və sui-istifadə hallarını aşkar edib. Buna görə qərargah üzvləri təqib olunub, bir sıra şəxslər həbs olunub və sonradan azad edilib.

2012-2016-cı illər ərzində müxtəlif vaxtlarda Gülalıyevin məktəbli uşaqları da soyuq silahdan istifadə adı ilə istintaqa cəlb edilib.

XS
SM
MD
LG