Accessibility links

Orduda insan haqları müzakirə edilib


Ehtiyatda olan Zabitlər Birliyi “Orduda insan haqları” mövzusunda dinləmələr keçirib

Ehtiyatda olan Zabitlər Birliyi “Orduda insan haqları” mövzusunda dinləmələr keçirib

Ehtiyatda olan Zabitlər Birliyi ordudakı problemlərin həlli üçün Müdafiə Nazirliyi ilə ictimai qurumların müzakirələr aparmasını vacib sayır

Ehtiyatda olan Zabitlər Birliyi (EOZB) “Orduda insan haqları: uğurlar, problemlər və perspektivlər” mövzusunda dinləmələr keçirib.

Birliyin rəhbəri Yaşar Cəfərli orduda uğurların, bu uğurlarla yanaşı problemlərin də olduğunu deyib. O, sosial təminat, xüsusi şəraitdə xidmətə görə 3 qat əmək haqlarının verilməsi, mənzillə təminat sahəsində ciddi problemlər olduğunu bildirib. Bu sahədə təminatların yüksək səviyyədə olmamasının əsgər ölümlərinə yol açması iddia edilib.

Ehtiyatda olan zabit Şahmurad Məmmədov orduda sıravi heyətlə işləmək üçün müddətdən artıq hərbi xidmət etmiş hərbiçilərin cəlb olunmasının özünü doğrultmadığını deyib.

“Belə şəxslərin əsgərlə davranışa malik savadı olmadığı üçün zorakılığı özlərinə davranış qaydası seçirlər” o qeyd edibb.

Dinləmlərdə orduda itkilər və bu itkilərin səbəblərini aradan qaldırmaq üçün Müdafiə Nazirliyinin Elmi Tədqiqat İdarəsi ilə birgə müzakirələrin təşkil olunması təklif edilib.

Ordu hissələrində şəxsi heyətin mənəvi-psixoloji durumunu yüksəltmək üçün birbaşa əsgərlərlə təmasda olan zabit heyəti formalaşdırılması, psixoloq, dini ştatların bərpası, dini inanclı hərbiçilərə inancına görə təzyiq olunmaması tövsiyyə edilib.

Zabit Daşdəmir Əliyev orduda sosial təminat, kadrlara rütbələrin verilməsi və karyera yüksəlişi sahəsində ədalətsizliklərə yol verildiyini qeyd edib. Belə ədalətsizliklərin də əsgər ölümlərinə yol açdığı deyilib..

“Belə zabitlər yalnız məhkəmə qərarı ilə ordudan tərxis oluna bilirlər. Cəbhə bölgəsində zabit heyətinin uzun müddət qulluq etməsi, rotasiya edilməmələri kimi hallar da mövcuddur”.

Əsgərlərin orqanizmlərinin möhkəm olması üçün qida rasionunun dəyişdirilməsinin lazımlığı vurğulanıb.

Ordudakı neqativ halların aradan qaldırmaq üçün müdafiə nazirinin, Baş Qərargah rəisinin vəzifələrindən azad olunmaları, şəxsi heyətin sosial, məişət problermlərinin həll edilməsi təklif edilib. Bundan əlavə, hərbi xidmətə qədər çağırışçıların fiziki hazırlığına xüsusi diqqət olması üçün dövlət proqramı işlənilməsi təklifi irəli sürülüb.
XS
SM
MD
LG