Accessibility links

Əsgərləri daşıyan avtomobillırdın biri Qubada, digəri Bakıda qəzaya uğrayıb

Bu gün Quba rayonunda hərbçiləri daşıyan Daxili Qoşunların hərbçisi Seymur Əliyevin idarə etdiyi “RAF” markalı mikroavtobus qəzaya uğrayıb. Nəticədə sürücü və avtomobildə olan Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov və Elmir İsmayılov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən Elbəy İsmiyev orada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti ağır olaraq qalır.


Baş vermiş qəza ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəsarət alan hərbçilər aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova APA-ya bildirib ki, qəzaya uğrayan “RAF” markalı mikroavtobus ölən hərbçilərdən birinə məxsus olub: “Həmin avtomobil hərbi maşın olmayıb”.

T.Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan hadisə yerində 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib”.


Bu arada Azərbaycanda hərbçiləri daşıyan daha bir avtomobil qəzaya uğrayıb.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

Daxili Qoşunların (DQ) əsgərlərini Dövlət Bayrağı Meydanına andiçmə mərasiminə aparan avtomobil qəzaya düşüb. Nəticədə əsgərlər Orxan Ələkbərov, Səddam Səmədov, Toğrul Əlizadə, Həsən Məmmədov, Sadiq Hümbətov, Əli Əlizadə, Nurməmməd Cabbarlı, Kamran Musazadə, o cümlədən kursantlar Elmar Məmmədov və Nurlan Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə DQ-nın Mərkəzi Hospitalına yerləşdirilib.

Faktla bağlı istintaq aparılır.

DQ-ın Mərkəzi Hospitalından bildirilib ki, avtomobildə qəzaya uğrayan hərbçilərin vəziyyəti stabildir.

XS
SM
MD
LG