Accessibility links

Orxan Qafarlı: Türkdilli ölkələrdə dini radikalizminin potensialı şişirdilir [Audio-Müsahibə]


Orhan Qafarlı
Orhan Qafarlı

Avrasiya məsələləri üzrə ekspert Qafqaz və Orta Asiyada dini radikallaşma prosesini şərh edir

Avrasiya məsələləri üzrə ekspert Orxan Qafarlı Amerikanın Səsinə müsahibədə Qafqaz və Orta Asiyada dini radikallaşma prosesini şərh edib. O, bu bölgələrdən İŞİD kimi qruplara qatılanların Türkiyədə həyata keçirilən terror hücumlarındakı rolunu dəyərləndirib. Qafarlının sözlərinə görə bu bölgələrdən olan cihadçıların sayı bəzi qruplar, o cümlədən həmin ölkələrin liderləri tərəfindən bəzən şişirdilsə də, onların varlığının ciddiyə alınmalıdır.

Orxan Qafarlı türkdilli ölkələrdə dini radikalizmi şərh edir
please wait

No media source currently available

0:00 0:13:48 0:00

Sovet İttifaqında yaşamış müsəlmanlar arasında radikallaşma prosesinin 1980-ci illərdən etibarən başladığını bildirən Qafarlının söylədiklərini görə, daha sonralar Əfqanistandan gələn radikal qüvvələrin fəaliyyəti, eləcə də Çeçenistan müharibəsi kimi olaylar bu prosesi sürətləndirib.

İŞİD-in belə strategiyası vardır ki, Türkiyədə terror aktlarında istifadə etdiyi insanların çoxu Türk-İslam coğrafiyasından olur.
Orhan Qafarlı

Ekspert habelə həmin mühitdə radikallaşan insanların bir hissəsinin zamanla qaçqın olaraq Türkiyə və Qərb ölkələrinə mühacirətinə diqqət çəkir. O, İŞİD kimi terror qruplarına qatılanların sayı ilə bağlı dəqiq məlumatın olmadığını deyir.

Son vaxtlar Türkiyədə dini qruplar tərəfindən həyata keçirilən bir çox terror aktının amilləri arasında bu bölgələrə mənsub cihadçıların adı açıqlanmaqdadır.

Orhan Qafarlı deyir ki, İŞİD xüsusilə Türkiyədəki fəaliyyətlərində “Türk-İslam” coğrafiyasına mənsub qüvvələrdən istifadəyə üstünlük verir:

“DAEŞ-in (İŞİD) belə strategiyası vardır ki, Türkiyədə terror aktlarında istifadə etdiyi insanların çoxu bu bölgələrdən olur. Yəni türklərin yaşadığı coğrafiyadan. Çünki, onlar Türkiyədə üzərlərinə şübhə çəkmirlər. Kimsə Qırğızıstan, Özbəkistan, Azərbaycan və bu kimi bölgələrdən gələnlərin terrorist olmasını düşünmür...”

Şişirtmə və qara propaqanda var amma mövzu ciddidir

Qafarlı eyni zamanda bu haqda şişirtmə və qara propaqandanın da mövcud olduğunu önə çəkir.

Yeni il gecəsi İstanbuldakı gecə klubunda 39 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Əbdülqadir Maşaripov
Yeni il gecəsi İstanbuldakı gecə klubunda 39 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Əbdülqadir Maşaripov


Onun sözlərinə görə, “terroristin milliyyəti olmaz. Amma Türkiyədə bəzi qruplar bu insanların özbək, qazax, türkmən və ya qırğız olması üzərində vurğu yapırlar... Özlərinə marksist və solçu deyən bəzi çevrələr bu bölgələrə qarşı qara bir propaqanda aparıb və aktiv şəkildə etnik və dini kimliklər üzərindən xəbərlər yayırlar. Bu, bilərək həyata keçirilir.”

Orta Asiya və Qafqazdaki hakimiyyətlər bu bölgələrdə radikal qrupların varlığını önə çəkib, və biz getsək bunlar gələcək və İslam Cumhuriyyəti ortaya çıxacaq deyərək propaqanda yapırlar.
Orhan Qafarlı

Orhan Qafarlı belə bir durumda Türkiyədə digər türk toplumlarının fərdlərinə qarşı mənfi hisslərin ortaya çıxa biləcəyi ehtimalı haqqında danışır:

“Türkiyədə fərqli ideologiyalar var. Misal üçün, sağ qruplar haqqında söhbət etsək, bunun mərkəz sağ ya millətçi çevrələri etkiləyəcəyini düşünmürəm. Çünki, onlar onsuz da terroristin etniki, dini və milliyyətinin olmadığını anlayırlar. Amma bu vəziyyət digər qruplara qara propaqanda yaratmaq üçün məlzəmə olacaq,” o söyləyir.

Beynəlxalq əlaqələr üzrə ekspert Orta Asiya və Qafqaz ölkələrindən olan cihadçıların sayının bu ölkələrin hakimiyyətləri tərəfindən şişirildiyinə də diqqət çəkir amma bunun təhlükənin olmadığı anlamına da gəlmədiyini deyir:

“Orta Asiya və Qafqazdaki hakimiyyətlər bu bölgələrdə radikal qrupların varlığını önə çəkib, və biz getsək bunlar gələcək və İslam Cumhuriyyəti ortaya çıxacaq deyərək propaqanda yapırlar. Amma, bütün bunlara rəğmən bunu da bilmək lazimdir ki bu qruplar yox deyildir. Bu qrupların varlığı ciddiyə alınması gərəkən bir mövzudur.”

XS
SM
MD
LG