Accessibility links

Oriqamiya-hobbi və ya incəsənət?


Oriqamiya yapon dilində kağız parçasının bükülməsi deməkdir. Bəziləri üçün bu, hobbi olsa da, digərləri üşün əsl incəsənət növüdür.

Ken Fouler Bolder Folder adlanan klubun üzvüdür. Bu klub Amerikada fəaliyyətdə olan 70 klubdan biridir. Dünyada isə belə klublardan 50-si var.
Qrupun direktoru Barbara Qardner Kenin insanları təşviq etdiyini deyir. “Ken həqiqətən bu işə bağlıdır. O, həm də yaxşı şagirddir. Kağızın qatlamaqla o, çox şey düzəldə bilir. Öyrənməyi bacardığı kimi öyrətməyi də bacarır.”

Şizofreniyadan tutmuş ciddi depressiyaları olan xəstələr Foulerin bu sənətindən yararlanır. Piter Çalusski də bu klubun üzvüdür. “Bu klub əqli xəstələrin toplaşdığı yerdir. Biz insanların mənalı işlə təmin edəcəyimizdən əmininik.”

Kenin dediyinə görə, oriqamiya onun həyatına 3 il əvvəl depressiyaya görə xəstəxanaya düşdüyü vaxtdan məna verməyə başlayıb. Dərmanların təsirsiz olduğunu deyən Ken ona hətta elektrik cərəyanı ilə müalicə üsulunun məsləhət görüldüyünü bildirir. Ken Fouler bu təklifi götür-qoy etdiyi bir vaxt xəstəxana həkimlərindən birinin ona oriqamiyanı təklif etdiyini deyir.“Bu, insanı çox rahatladır. Heç yerə tələsmədən,heç kimlə rəqabət aparmadan.”

Şok terapiyasından imtina edən Ken hələ də dərmanlar qəbul etsə də, oriqamiyanın ona böyük yardımı olduğunu bildirir

Ken həyatın oriqamiyaya bənzədiyini deyir. İndi o, bu sahədə dərslər də verir. Bu proses ona yeni bir karyera imkanı açıb. Lap oriqamiya kimi.
XS
SM
MD
LG