Accessibility links


Birülyovoda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Sakit oğlu Zeynalov vertolyotla Moskvaya gətirilib. O, Moskvadan 120 kilometrlik məsafədə yerləşən Kolomna şəhərində polis tərəfindən saxlanıb.

Rusiya mediasının verdiyi məlumata görə, 25 yaşlı Yeqor Şerbakov oktyabrın 10-da sevgilinin gözünün qarşısında qətlə yetirilib.

Qətl hadisəsindən sonra Birülyovo sakinləri qatilin tapılması və yerli meyvə-tərəvəz bazasının bağlanması tələbi ilə etiraz nümayişləri keçirib. Bazada Mərkəzi Asiya və Qafqaz bölgəsindən çox sayda miqrant çalışır.

Etirazlar zamanı insanlar bazaya hücum etmiş və polislə toqquşma baş vermişdir. Yüzlərlə insan həbs edilmişdir.

Show comments

XS
SM
MD
LG