Accessibility links

Oskar mükafatına nominasiya edilən filmlər [Video]


Amerikanın Kino Akademiyasının Oskar mülkafatına nominasiya etdiyi 14 film arasında “La La Land” musiqili draması liderlər sırasındadır. Mayamidəki məhəllədə boya-başa çatan qaradərili bir şəxsin həyatından bəhs edən “Moonlight” və elmi-fantastika janrında “Arrival" filmləri Oskara 8 kateqoriya üzrə nominasiya edilib.

Rejissor Damien Çeyzelin “La La Land” filmi Los-Anceles şəhəri və oraya aktyor olmaq arzusunda olan insanlardan bəhs edir. Çoxları musiqili filmdəki hadisələrin şişirdildiyini fikirləşsə də, film olduqca populyardır. Lakin Çeyzelin bu filmində süjet xətti, kinematoqrafiya elementləri və emosional musiqi onu daha da cəlbedici edib.

“La La Land” ən yaxşı film kateqoriyası üzrə, filmin baş qəhrəmanları rollarında çəkilmiş aktyor Rayan Qoslinq və aktrisa Emma Stoun isə ən yaxşı aktyor və aktirasa kateqoriyalarında Oskara nominasiya edilib.

Rejissor Berri Cenkinsin “Moonlith” – “Ay İşığı” filmi 8 kateqoriya üzrə Oskar mükafatına nominasiya edilib. Bu, çox çətin şəraitdə böyüyən və cinsi mənsubiyyətini anlamağa çalışan bir oğlanın həyatından bəhs edən bir dramadır.

Narkotik maddələr alverçisi və məhəlləni narkotiklərlə təmin edən oğlana ata kimi yanaşan şəxsin rolunda aktyor Maherşala Əli çəkilib. O, ən yaxşı kişi tərəfmüqabil kateqoriyasında Oskara nominasiya edilib. Filmdə oğlanın narkotiklərə aludə olan anası rolunu ifa edən aktrisa Nayomi Harris isə ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında nominasiya edilib.

"Moonlight" filmi ilə yanaşı 8 kateqoriya üzrə nominasiya edilən daha bir film Denis Villenuvesin “Arrival” – “Gəliş” dramasıdır. Dilçilik üzrə professor Luis Banksdan başqa planetdən gələnlərlə Yer kürəsindəkı insanlar arasında ünsiyyət üçün bir dil yaratması tələb olunur.

“Manchester by the Sea" – “Dəniz sahilində Mançester” filmi ən yaxşı film kimi Oskara 6 kateqoriyada nominasiya edilib. Rejissor Kennet Lonerqanın bu fimi orijinal ssenari üzrə çəkilib. Qardaşının vəfatından sonra qardaşı oğlunun qəyyumluğunu öz üzərinə götürən bostonlu Li Çandlerin roluda aktyor Keysi Afflek çəkilib.

Aktyorların hər ikisi, həm Keysi Afflek, həm də Mişel Vilyams Oskara nominasiya edilib. Biri ən yaxşı aktyor, o biri isə ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında.

Belə görünür ki, Keysi Afflek “Fences” – “Çəpərlər” filmində oynayan Denzel Vaşinqtonla rəqabət aparmalı olacaq. Bədii, sosial və siyasi əqidəsindən asılı olaraq seçicilər Oscar mükafatını onlardan birinə verəcək.

Bu il də Oskar mərasiminin həmişə olduğu kimi “Ağ Oskar” olub-olmayacağı bəlli deyil. Builki Oskara bir neçə qaradərili aktyorların çəkildiyi film və aktyor nominasiya edilib. Bunlardan biri “Çəpərlər” filmində oynayan Viola Deyvis və “Hidden Figures” - “Gizli fiqurlar”da oynayan Oktaviya Spenserdir.

Ən yaxşı aktrisa kateqoriyasında Oskara Mildrid Lovinqi rolunu ifa etmiş Rut Neqqa, “Jakie” filmində Caki Kennedinin rolunda çəkilmiş aktrisa Natali Portman, “La La Land”də çəkilmiş aktirsa Emma Stoun, “Florence Foster Jenkins” flimində çəkilmiş Meril Strip nominasiya edilib.

XS
SM
MD
LG